DÜNYA

Oxundu: 93
Rusiya BMT TŞ-də Suriya əleyhinə olan qətnaməni yenidən veto edib

Rusiya BMT TŞ-də Suriya əleyhinə olan qətnaməni yenidən veto edib

Cümə axşamı BMT Təhlükəsizlik Şurasında Rusiya və Qərb ölkələrinin Suriya ilə bağlı diplomatik qarşıdurmasının yeni mərhələsi baş tutub.

İslaminSesi.info TASS-a istinadla xəbər verir ki, Qərb ölkələri yenidən Dəməşqin guya həyata keçirdiyi kimyəvi hücuma görə məsuliyyətə cəlb edilməsinə nail olmaq istəyiblər. Bu ittihamın qeyd olunduğu qətnamə layihəsi ABŞ tərəfindən təklif edilib. Rusiya qətnamənin qəbul edilməsinə son bir ayda ikinci dəfə veto qoyub. Bu, artıq Moskva Suriyada münaqişə ilə bağlı sənədlərin müzakirəsi zamanı veto tətbiq etdiyi 10-cu haldır.

 

Bu zaman Rusiyanın Çinlə birgə hazırladığı alternativ sənəd qəbul edilməsi üçün zəruri doqquz səs toplaya bilməyib. Bu sənədin qəbuluna Rusiya ilə yanaşı Boliviya, Qazaxıstan və Çin, əleyhinə ABŞ, Böyük Britaniya və Fransanın daxil olduğu yeddi ölkə çıxış edib, TŞ-nin digər dörd üzvü - Misir, Seneqal, Efiopiya və Yaponiya səsvermədə bitərəf qalıb.

 

3 saatlıq sessiya başa çatdıqdan sonra Təhlükəsizlik Şurasının bütün üzvləri öz fikirlərində qalıblar, məğlub rolunda isə səlahiyyət müddəti noyabrın 17-də başa çatan "mexanizmin" birgə müəllifləri olan BMT və Kimyəvi Silahların Qadağan olunması üzrə Təşkilat olub.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system