Rusiya, Azərbaycan və İran vahid energetika sistemi hazırlayacaq

Oxundu: 139
Rusiya, Azərbaycan və İran vahid energetika sistemi hazırlayacaq

Rusiya, Azərbaycan və İran üç ölkənin energetika sisteminin birləşməsi layihəsinin texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) birgə hazırlaması haqda razılaşma imzalayıblar.

İslaminSesi-nin RİA Novosti-yə istinadən verdiyi xəbərə görə. bu haqda "Sistem operatoru"nun (Rusiyanın energetika sisteminin dispetçerinin) məlumatında bildirilir.

 

Razılaşma 12 avqust tarixində imzalanıb.

 

Qeyd olunur ki, razılaşmada Azərbaycan tərəfindən "Azerenerji", Rusiya tərəfindən "Sistem operatoru" və "Rosseti", İran tərəfindən isə "Tavanir" şirkəti iştirak edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İQTİSADİYYAT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system