Rusiya açıqladı: “Türkiyə və Suriyanın əməkdaşlığı üçün...” – Son dəqiqə

Oxundu: 77
Rusiya açıqladı: “Türkiyə və Suriyanın əməkdaşlığı üçün...” – Son dəqiqə

Rusiya Türkiyə-Suriya sərhədində təhlükəsizliyin təmin edilməsi üçün iki ölkə arasında əməkdaşlığı təmin etməyə çalışacaq.

İslaminSesi xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.


Xatırladaq ki, hazırda Menbiç ətrafında Suriya qüvvələri ilə Türk Silahlı Qüvvələrinin bömələri üz-üzə dayandığı bildirilir.

 

Rəsmi Moskva isə bəyan edib ki, Suriyada Əsəd ordusu ilə türk ordusu arasında qarşıdurmanın baş verməməsinə çalışır.

 

Sergey Lavrov Suriyanın şimal-şərqindəki toqquşmalar nəticəsində İŞİD-çilərin dünyaya yayılmağa başladığını, bunun məsuliyyətinin Avropa ölkələri üzərinə düşdüyünü bəyan edib. /Teleqraf.com/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system