Rus qırıcısı Suriyanın şimalında onlarla yaraqlının sığındığı çoxmərtəbəli binanı çökdürdü

Oxundu: 655
Rus qırıcısı Suriyanın şimalında onlarla yaraqlının sığındığı çoxmərtəbəli binanı çökdürdü

Rus qırıcısının atdığı raket onlarla terrorçunun sığındığı çoxmərtəbəli oteli yerlə yeksan edib.

İslaminSesi xarici avia.pro saytına istinadla xəbər verir ki, bir neçə saat əvvəl Rusiya hava qüvvələri Suriyanın İdilb əyalətində yaraqlılara və terrorçulara qarşı genişmiqyaslı hücum həyata keçirib. 

 

Hücum zamanı rus döyüş təyyarəsi onlarla silahlının mövqe tutduğu çoxmərtəbəli otel kompleksini yerlə yeksan edib.


Hücum zamanı hansı raketdən istifadə olunduğu bilinməsə də, dağındə və tələfatın miqyasının böyük olduğu aşkara çıxıb.


Bəzi məlumatlara görə, yaraqlıların atəş nöqtəsinin məhv edilməsi nəticəsində ən azı otuz terrorçu ölüb, qanunsuz silahlı birləşmələrin müdafiə imkanları ciddi şəkildə pozulub.


Qeyd edək ki, binanın dağıdılmasından bir neçə saat əvvəl yaraqlılarla birlikdə böyük bir qrup terrorçu (təxminən 600 yaraqlı) SAA və Rusiya hərbçilərinin mövqelərinə hücum etmiş və nəticədə Suriya hökumət qüvvələri qalalarını tərk etməli olmuşdu.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system