NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

"Rus kəşfiyyatının Yevlaxdakı gizli işgəncə mərkəzi haqda məlumatım olmayıb...”- Sabiq Baş nazir

Oxundu: 4153

““QRU”-nun Yevlaxdakı gizli işgəncə mərkəzi haqda məlumatım olmayıb...”- Sabiq Baş nazir Pənah Hüseyn

 

“Bu barədə yalnız Surət Hüseynov Baş nazir vəzifəsindən getdikdən sonra informasiyalar yayıldı...”
 
Bu günlərdə  sabiq Baş  prokuror İxtiyar Şirin Moderator.az-a  1992-1993-cü illərdə Rusiya Baş Kəşfiyyat İdarəsinin iradəsinə tabe olmayan Azərbaycan hərbçiləri, zabitləri, Qarabağda ermənilərə qarşı döyüşlərin fəal iştirakçılarının Yevlaxdakı  qanunsuz,  gizli həbsxanaya, əslində işgəncə mərkəzinə toplanmaları haqda açıqlama verib.
 
Həmin açıqlamadan sonra oxucularımızda da belə bir sual yaranıb: “Əgər AXC hakimiyyətinin başında duranlar Azərbaycanın mərkəzi, strateji rayonlarından birində xarici ölkə kəşfiyyatının gizli işgəncə mərkəzi olduğunu bilirdilərsə, nədən  tədbir görmürdülər?”.
Mövzu ilə  bağlı verilən suala sabiq baş nazir Pənah Hüseyn bildirib ki, Yevlaxda “QRU”nun gizli bazası olması haqda onun, ümumiyyətlə, məlumatı olmayıb və yoxdur... 
 
Bəhs edilən açıqlamanın müəllifi İxtiyar Şirin isə  belə deyib: “Vəzifə başında olduğum dövrdə mənim də Yevlaxda gizli işgəncə mərkəzi olması barədə məlumatım olmayıb. Yalnız bir neçə il sonra- Surət Hüseynov da Baş nazir vəzifəsindən getdikdən, onun Gəncə və Yevlaxdakı, ordudakı adamları da vəzifələrdən uzaqlaşdırıldıqdan sonra şahidlərin, həmin işgəncə mərkəzində  həbsdə olmuş hərbçilərin ifadələri və mətbuata açıqlamaları əsasında bu haqda informasiyalar yayıldı...”
 
Moderator.az

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system