Rus hərbi polisi ABŞ-ın Suriyadakı bazasına girdi – Video

Oxundu: 82
Rus hərbi polisi ABŞ-ın Suriyadakı bazasına girdi – Video

Rus hərbi polisi Suriyada ABŞ-ın keçmiş hərbi bazasına daxil olub.

 

İslaminSesi xəbər verir ki, görüntüləri Rusiyanın "Krasnaya Zvezda" televiziya kanalı yayımlayıb. Yayımda Rusiya hərbi polisinin Suriyanın şimalındakı ABŞ hərbi bazasına nəzarəti əks etdirən görüntüləri əks olunub.

 

Mənbədə bildirilir ki, ABŞ qüvvələri tərk etdiyi bazaların uçuş-eniş zolağını məhv edirlər. Lakin burada onların tələsik çıxdıqlarını qeyd edərək bu zolaqların dağıdılmadığı bildirilir.

 

Bazanın Hələb yaxınlığında olduğu, buradan hərbi təminat və hökümətə müxalif qüvvələrə hərbi yardım göstərmək məqsədi ilə istifadə olunduğu bildirilir.

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system