NAMAZ VAXTLARI:
  • FƏCR 05:35
  • GÜN 06:55
  • ZÖHR 12:26
  • ŞAM 18:13
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ronaldo və Messinin hegemonluğuna son qoyuldu

Oxundu: 105
Ronaldo və Messinin hegemonluğuna son qoyuldu

İngiltərənin paytaxtı Londonda FIFA ötən ilin ən yaxşı futbolçusunun adını açıqladı.

 

İslaminSesi bildirir ki, FIFA-nın prezidenti Canni İnfantino bu mükafatı İspaniyanın “Real Madrid” klubunun və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç təqdim etdi.

 

Xorvatiyalı 2017/2018-ci il mövsümündə “Real Madrid” klubunun heyətində UEFA Çempionlar Liqasının qalibi oldu. Həmçinin futbolçu Rusiyada keçirilən dünya çempionatının finalçısıdır. Modriç İngiltərənin “Liverpul” klubunun misirli hücumçusu Məhəmməd Salah və hazırda İtaliyanın “Yuventus” komandasında forma geyinən portuqaliyalı forvard Kriştianu Ronaldunu qabaqladı.

 

Ən yaxşı qadın futbolçu adına altıncı dəfə braziliyalı Marta layiq görülüb. Hazırda ABŞ-ın “Orlando Prayd” klubunda çıxış edən 32 yaşlı hücumçu Ada Hegersberq (“Lion” Fransa, Norveç) və Cenifer Marojanı (“Lion” Fransa, Almaniya) üstələdi.

 

Qadınlardan ibarət komandalar arasında ən yaxşı baş məşqçi nominasiyasında Reynal Pedros fərqləndirilib. O, Fransa “Lion”una Çempionlar Liqasını qazandırdı. Pedros Yaponiya millisindəki həmkarı Asako Takakura və Almaniya yığmasına rəhbərlik edən Sarina Viqmandan üstün oldu.

 

Rəmzi yığmanın tərkibi isə belədir: David De Xea, Dani Alveş, Marselo, Serxio Ramos, Rafael Varan, Eden Azar, Nqolo Kante, Luka Modriç, Kriştianu Ronaldu, Kilian Mbappe, Lionel Messi. Ronaldu və Messi mükafatlandırma mərasimində iştirak etmədi.

 

“Fair Play” mükafatına ölkəmizin “Erzurumspor BB” klubunun almaniyalı hücumçusu Lennart Tay layiq görüldü. Ən yaxşı fanat nominasiyasında isə Peru azarkeşləri birinci yeri tutdu.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İDMAN XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system