NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Roma Papası prezident və nümayəndələrin ayağından öpdü - ŞOK /Video-Foto/

Oxundu: 1365
Roma Papası prezident və nümayəndələrin ayağından öpdü - ŞOK /Video-Foto/

Bu günlərdə Cənubi Sudan prezidenti Salva Kiir Mayardit nümayəndə heyətində yer alan müxalifət liderləri ilə Vatikana səfər edib.

 

“İslaminSesi” xəbər verir ki, “Ensonhaber.com”un məlumatına görə Roma Papası Fransisk görüş zamanı Cənubi Sudan liderindən Sudanda baş verən siyasi problemlərin həlli ilə bağlı kömək etmələrini istəyib.

 

82 yaşlı Papa qonaqların ayağından öpərək Sudanda sülhün davam etməsi üçün dəstək göstərmələrini xahiş edib.

 

Fransisk ölkədə yenidən vətəndaş müharibəsinin baş verməməsi üçün təcili olaraq hərəkətə keçmələrinin vacib olduğunu bildirib.

 

Qeyd edək ki, bu gün Sudanda hərbi çevriliş edilib. Prezident Ömər əl-Bəşiri istefa vermək məcburiyyətində qalıb. Hakimiyyəti müdafiə naziri Əvad bin Auf ələ keçirib. “Qafqazinfo”

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system