NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Roma Papası da Dostoyevskini oxuyurmuş

Oxundu: 139
Roma Papası da Dostoyevskini oxuyurmuş

Rusiya lideri Vladimir Putin pontifikin icazəsi ilə Roma Papası Fransiskin nəsihətindən danışdı.

İslaminSesi-nin RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Roma Papası rus ədəbiyyatının əhəmiyyətini vurğulayıb.

 

Romada Rus-italyan Forumunun nümayəndələrilə nahar zamanı Putin İtaliya baş naziri Cüzeppe Kontenin rus ədəbiyyatı haqda dediklərinə fikir verərək buyurub:

 

"Deməliyəm ki, bu gün Roma Papasıyla danışıqlar zamanı bu mövzuya toxunmuşuq. Pontifik icazə verdi açıq şəkildə deyim ki, onun masaüstü kitablarından biri rus ədəbiyyatı klassikasına aiddir - Dostoyevski və Tolstoy".

 

Prezident həmçinin qeyd edib ki, pontifik keşişlərə Dostoyevskinin kitabları haqda belə nəsihət edir:

 

"Dostoyevskinin kitabları olmadan, onun fəlsəfəsinin bütün dərinliyini dərk etmədən əsl keşiş olmaq mümkün deyil".

 

Xatırladaq ki, Putin və Roma Papasının görüşü 4 iyulda, Vatikanda baş tutub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system