NAMAZ VAXTLARI:
  • FƏCR 04:23
  • GÜN 05:53
  • ZÖHR 12:45
  • ŞAM 19:54
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Robert Koçaryan azadlığa buraxılıb

Oxundu: 443
Robert Koçaryan azadlığa buraxılıb

Yerevanın birinci instansiya məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanı həbsdən azad edib.

 

"İslaminSesi" xəbər verir ki, "Report"un "Sputnik Armenia"ya istinadən xəbərinə görə şənbə günü sabiq dövlət başçısının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.   

 

Prosesdə hakim David Qriqoryan R.Koçaryanın azadlığa buraxılması barədə qərarı elan edib. Qeyd edək ki, bu il mayın 13-də Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, müdafiə nazirinin keçmiş müavini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş katibi general Yuri Xaçaturov və Ermənistanın baş nazirinin keçmiş müavini Armen Gevorkyanın məhkəməsi başlayıb.

 

Xatırladaq ki, 2008-ci il seçkilərin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq, martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar. Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system