Rəsmi Bakının etiraz notaları “işləmir” – Separatçıların lideri bu dəfə Belçikada

Oxundu: 48
Rəsmi Bakının etiraz notaları “işləmir” – Separatçıların lideri bu dəfə Belçikada

Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma rejimin “prezidenti” Bako Saakayan ötən gün Belçikaya səfər edib.

İslaminSesi xarici KİV-ə istinadən xəbər verir ki, Saakyan Brüsseldə erməni icması ilə görüşüb. Bundan sonra, Flamandiya regionun 10-ə qədər parlament üzvü ilə danışıqlar aparıb.

 

Saakyan Belçika nümayəndələrini Qarabağa səfər etməyə dəvət edib.

 

Xatırladaq ki, son zamanlar separatçı qurum nümayəndələrinin xarici ölkələrə səfərləri intensivləşib. Belə ki, Azərbaycan XİN-i noybarın 1-də qondarma rejimin “xarici işlər naziri” Masis Mailyanın ABŞ-a səfəri və Nümayəndələr Palatasında qəbul olunması ilə bağlı Vaşinqtonun ölkəmizdəki səfiri Li Litsenbergerə nota təqdim etmişdi. Analoji nota noyabrın 6-da Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikova təqdim olunmuşdu. Nota Masis Mailyan və qondarma qurumun “mədəniyyət naziri” Lernik Ovannisyana təqdim olunmuşdu./Modern.az/ 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system