Rəşad Atakişiyevin məzar daşı hazırdır

Oxundu: 124
Rəşad Atakişiyevin məzar daşı hazırdır

Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin həlak olan pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin məzar daşı hazırlanıb.

İslaminSesi Unikal.org-a istinadən xəbər verir ki, pilotun məzarı üzərinə fotosu qoyulub, sinə daşı Azərbaycan bayrağı ilə örtülüb.


Şəhid Rəşad Atakişiyevin qayınatası Qabil Hüseynli Unikal.org-a bildirib ki, məzar daşı dövlət tərəfindən sifariş verilərək hazırlanıb:


“Hazırda hərbi təyyarənin qəzaya uğraması ilə bağlı istintaq gedir. Bizə verilən məlumata görə, Rəşad Atakişiyevin ailəsi xüsusi mükafatla təltif ediləcək. Çünki o, döyüş tapşırığını yerinə yetirərkən həlak olub. Həmçinin Rəşadın ailəsinə onun hərbçi kimi sığorta pulunun ödənilməsi qərarı da verilib. Yaxın günlərdə həmin ödəniş ailəsinə təqdim olunacaq".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system