NAMAZ VAXTLARI:
  • FƏCR 05:00
  • GÜN 06:22
  • ZÖHR 12:36
  • ŞAM 19:06
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Relaks”dakı dava belə başladı - VİDEO

Oxundu: 429
“Relaks”dakı dava belə başladı - VİDEO

Lerikdəki “Relaks” istirahət mərkəzində baş verən davanın videosu yayılıb.

 

İslaminSesi Modern.az -a istinadən xəbər verir ki, videoda  “Relaks” istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxsin oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına necə  müqavimət göstərməsi öz əksini tapıb.

 

Qeyd edək ki, hadisəylə bağlı 6 nəfər tutulub. İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri - Nərimanlı Mirhəmid İqbal oğlu (deputatın oğlu-red.), Nərimanlı Orxan Çingiz oğlu (deputatın qardaşı oğlu-red.), Əsgərov Pərviz Əvəzoviç, İmanov Famil Kamran oğlu, Şahverdiyev Rahim Bəhlul oğlu və Abbasov Amir Nağızadə oğlu Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system