NAMAZ VAXTLARI:
  • FƏCR 05:37
  • GÜN 06:57
  • ZÖHR 12:25
  • ŞAM 18:10
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 1497
"

Rektor Akif Hacıyev hicabı qadağan etməklə ölkə konstitusiyasını tapdalayıb - VİDEO

Ötən illərdən fərqli olaraq bu il sentyabr ayının 15-də, yeni dərs ilinin başlanması ilə bağlı təhsil ocaqlarında hicabın qadağan edilməsinə dair xüsusi bir problem yaşanmadı

Lakin bu günlərdə Mingəçevir Dövlət Universitetindən rektor Akif Hacıyev tərəfindən belə bir qadağanın tətbiq edilməsinə dair məlumat yayıldı. Artıq universitetin Mətbuat Xidməti və rektor Akif Hacıyev sözügedən qadağanın tətbiqini təsdiqləyib. O, qeyd edib ki, biz Mingəçevir Dövlət Universitetinin Nizamnaməsinin 1.7-ci bəndinə əsasən, universitetdə təhsil alanların geyim formasının Elmi Şuranın qərarı ilə müəyyənləşdirmişik.

 

Buna uyğun olaraq Mingəçevir Dövlət Universitetində "Təhsilalanların daxili intizam Qaydaları"nın 2.3-cü bəndinin 10-cu abzasında qeyd olunur ki, tələbələrə hicablı və digər dini atributları üzərində daşıyaraq, üzü tüklü (təraş olunmamış) vəziyyətdə təhsil ocağına daxil olmağa icazə verilmir”.

 

Lakin cənab Akif Hacıyev professor olmasına baxmayaraq hələ də, bilmir ki, hər hansı nizamnamə hazırlanarkən ölkə konstitusiyasının əsasında hazırlanmalıdır və qəbul edilən qərarlar konstitusiyada göstərilən hüquq və azadlıqlara zidd olmamalıdır. Məgər Akif Hacıyev bilmir ki, Azərbaycan Konstitusiyasının 48-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, hər bir kəsin din və vicdan azadlığı hüququ vardır. Eyni zamanda konstitusiyanın 42 maddəsinin I və II bəndində deyilir: “Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.”

 

Maraqlı olan budur ki, MDU Elmi Şurasında oturanlar hansı konstitusiya əsasında nizamnamələrinə belə bir bənd salıblar və Akif Hacıyev də öz növbəsində bəh-bəhlə sözügedən qərarı imzalayıb.

 

Görünən budur ki, Akif Hacıyev kimi rektorlar yenidən dövlət din münasibətlərini gərginləşdirmək və ölkənin dünyadakı islami imicini  korlamaqda israrlıdırlar.

 

Jurnalist Xəyal Şükürün sözügedən qanun pozuntusu ilə bağlı video çıxışını oxucularımıza təqdim edirik.  

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system