NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:43
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 173
Regionlarda təcili yardım maşınlarına kameralar quraşdırılacaq

Regionlarda təcili yardım maşınlarına kameralar quraşdırılacaq

Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 12 regional məntəqəsindəki təcili yardım maşınlarına kameralar quraşdırılacaq.

 

"İslaminSesi.info" -nın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov bildirib.

 

Onun sözlərinə görə, kütləvi hadisələrin idarə olunmasına operativ kömək göstərmək məqsədilə təcili yardım maşınlarına kameraların quraşdırılması planlaşdırılır.

 

Bu təcrübədən xarici ölkələrdə geniş istifadə olunduğunu vurğulayan baş həkim qeyd edib ki, Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 12 regional məntəqəsinin hər birinə bir təcili yardım maşını düşür.apa

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system