NAMAZ VAXTLARI:
  • FƏCR 04:23
  • GÜN 05:53
  • ZÖHR 12:45
  • ŞAM 19:54
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Regionlarda elektrik enerjisinin verilişi bərpa edilib

Oxundu: 218
Regionlarda elektrik enerjisinin verilişi bərpa edilib

İsmayıllının 67 kəndində elektrik enerjisinin verilişi bərpa edilib.

Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

 

O bildirib ki, təxirəsalınmaz tədbirlər nəticəsində gecədən bəri işıqsız qalan 67 kəndin elektrik təchizatı bərpa edilib:

 

“Güclü külək və şimşək elektrik xətlərinə ciddi ziyan vurmuşdu. Xüsusilə İvanovka ərazisini elektrik enerjisi ilə təmin edən xətlər zədələnib. Hazırda 67 kənddə elektrik enerjisi var. Bu dəqiqə üçün İsmayıllının İvanovka, Kürtmaşı, Hacıhətəmli kəndlərində əməkdaşlarımız təmir-bərpa işləri aparır.

 

Yaxın saatlarda bu kəndlərdə elektrik enerjisinin verilişi bərpa ediləcək. Bununla yanaşı, Tovuz rayonunun işıqsız qalan bir sıra dağ kəndlərində də elektrik enerjisinin verilişi bərpa edilib”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system