NAMAZ VAXTLARI:
  • FƏCR 05:10
  • GÜN 06:30
  • ZÖHR 12:32
  • ŞAM 18:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Regionlara xərclənən 78 milyard dollar hara gedib?

Regionlara xərclənən 78 milyard dollar hara gedib?

Nazim Baydəmirli: “Neft-qaz ixrac edən ölkədə, regionlardakı yaşayış məntəqələrinin 50 faizindən çoxu təbii qaz problemi yaşayır”

2004-2017-ci illərdə Azərbaycanın regionlarının inkişafına 67,5 mlrd. manat (77,8 mlrd. dollar) vəsait yönəldilib. 2017-ci ildə isə bu məqsədlə 4,5 milyard manat xərclənib. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev açıqlama verib. O, bildirib ki, bu vəsaitlər ölkənin regionlarında nəqliyyat, kommunal və sosial infrastrukturun yaradılmasına və müasirləşdirilməsinə sərf olunub.

 

Bəs görəsən bu illər ərzində regionlarda infrastrukturun yaxşılaşdırılmasına xərclənən vəsaitlə , görülən işlər nə dərəcədə uzlaşırm?. Ümumiyyətlə bu vəsaitlə hansı işləri həyata keçirmək olardı?

 

İslaminSesi mövzunu keçmiş millət vəkili, iqtisadçı-ekspert Nazim Baydəmirli ilə müzakirə edib. Ekspert bildirib ki, regionlarda əslində iqtisadi miqrasiya daha da sürətlənib: “ Bu illər ərzində vətəndaşlar daha çox iri şəhərlərə, o cümlədən Bakı və ətraf qəsəbələrə miqrasiya ediblər. Regionlarda müxtəlif strukturlar tamamlanmayıb. Neft-qaz ixrac edən ölkədə, regionlardakı yaşayış məntəqələrinin 50 faizindən çoxu təbii qaz problemi yaşayır. Halbuki ölkəmiz Avropaya və digər ölkələrə qaz nəqlini həyata keçirməyə çalışır. Bundan əlavə yol infrastrukturu da bölgələrdə ürəkaçan deyil. Az da olsa əsas magistral yollarda təmir işləri həyata keçirilib. Lakin kənd daxili yollar hələ də bərbad vəziyyətdədir”.

 

Nazim Baydəmirlinin sözlərinə görə, regionların inkişafına dair dövlət proqramına çərçivəsində açılan müəssisələrin əksəriyyəti xammal çatışmazlığı səbəbindən fəaliyyətini dayandırıb:” Bu onu göstərir ki, sözügedən məsələlərə kompleks yanaşılmayıb. Görüntü xətrinə rayon mərkəzlərinin və magistral yolların ətraflarında bir sıra obyektlər tikilib, kosmetik təmir işləri aparılıb. Ancaq köklü olaraq vətəndaşların rifah halının yüksəldilməsi ilə bağlı regionlarda yerli və mərkəzi icra hakimiyyəti orqanları əsaslı işlər həyata keçirməyiblər. Bu vergilərin dinamikasında regionların rolunun artmamasında, eləcə də sadələşmiş vergi ilə bağlı problemlərdə özünü qabarıq şəkildə göstərir. Bu səbəbdən də inkişafla bağlı hörmətli danışanların fikirlərini bölüşmürəm”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system