NAMAZ VAXTLARI:
  • FƏCR 05:25
  • GÜN 06:45
  • ZÖHR 12:48
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Rəcəb ayı – Ayın fəzilət və əməlləri

Oxundu: 891
Rəcəb ayı – Ayın fəzilət və əməlləri

Rəcəb ayı müqəddəs üç ayların ilkidir. Bu üç ayın özünə məxsus fəzilətləri vardır. “Rəcəb” Cənnətdə bir arxın da adına verilən isimdir. Xüsusi əzəmətə və hörmətə layiq olduğundan “heybətli”, “hörmətli”, “təzim etmək”, “çəkinmək”, mənalarına da gəlir. Çünki, insanlar bu ayda silahlarına əl atmaz, bu aya hörmət əlaməti olaraq sülh və əmin-amanlıqda yaşayardılar. Bu ayda müharibələrə son verilərdi.

 

"İslaminSesi.info" xəbər verir ki, bu gün cəmadus-sani ayının 29-u, sabah isə böyük ehtimalla  rəcəb ayının biridir.

 

Hz.Əli (ə) bu ay haqda buyurur: “Rəcəb mənim ayım, Şəban Peyğəmbərin(s) ayı, Ramazan ayı isə Allah-taalanın ayıdır”.

 

Gözəl olar ki, insan bu aya yaxşı hazırlaşsın. Çünki bu ay Allah qonağlığına hazırlığın ilk ayıdır. Bu ay həmdə səfərə hazırlıq ayının birincisibdir.

 

Fəziləti haqqında: İmam Cəfər Sadiq (ə) buyurur: "Qiyamət günü nida edən ərşin bətnindən bir fəryad çəkər: Eynərracəbiyyun? (haradadır rəcəb ayının əhli?) Və insanlardan bir qrup ayağa qalxar və onlar işıqlıq və nuraniyyət verər. Bu insanların başlarının üzərinə dürr və yaqutla zinətlənmiş sultanlıq tacları qoyular. Onların hər birinin sağ tərəfində min mələk və sol tərəfində min mələk olar. Mələklər söyləyərlər: Ey Allahın bəndəsi! Xoş gəlmisən! Allahın sənə əta etdiyi sənin üzərinə mübarək olsun! Bu zaman Allah tərəfindən nida gələr: Ey mənim bəndələrim! İzzət və cəlalıma and olsun ki, sizin mübarək məqamınızı əziz tutacağam və sizə çoxlu sayda ətalar bəxş edəcəyəm və sizə behiştdə saraylar verəcəyəm ki, orada çaylar axır. Orada əbədi qalacaqsınız. Bu nə gözəl mükafatdır o kəslər üçün ki, dünyada qazanıblar. Siz ixtiyari halda Mənim xatirimə bu ayı uca tutduz və oruc tutdunuz. Məndə sizə "Cənnəti" verəcəm. Ey mənim mələklərim! bəndələrimi behiştə aparınız!".

 

Rəcəb ayının əməllərindən:

 

1.Rəcəbin ilk cümə axşamı gecəsi "Rəğaib" gecəsidir. Bu duanı oxumaq yaxşıdır: "Əllahummə barik ləna fi rəcəbin və şəbanə və bəlliğna şəhrə Rəməzan"

 

 

2.Rəcəb ayının əvvəl, orta və axır günlərində qüsl almaq müstəhəbdir və bu əməl günahların bağışlanmasına səbəb olar.

 

3.Rəcəb ayının bütün günləri oruc tutmaq müstəhəbdir və günahların bağışlanmasına səbəb olar. Hər kəs bir gündə olsa belə tutsa, ayın fəzilətindən bəhrələnə bilər.( Qeyd: Məlumdur ki, kimin qəza orucu varsa müstəhəbb oruc tuta bilməz. Yaxşıdır ki, həmin şəxs o günlərdə qəza orucu tutsun.)

 

4.Rəcəb ayında tövbə və istiğfar etmək və təhlil (yəni "la ilahə illəllah") demək.

 

5.100 dəfə “Əstəğfirullahəlləzi la ilahə illa huvə vəhdəhu la şərikə ləhu və ətubu iləyh” demək.

 

6.1000 dəfə “La ilahə illəllah” demək.

 

7. Rəcəb ayının səhəri və axşamı 70 dəfə "Əstəğfirullahə və ətubu iləyh” demək və zikr qurtardıqdan sonra əlini göyə qaldırıb desin: “Əlahumməğfirli və tub ələyyə”

 

8.“İxlas” surəsini çox oxumaq.

 

9.Bu ayın üç gününü cümə axşamı, cümə və şənbə günlərində əgər oruc tutularsa, Allah ona 900 ilin ibadətinin savabını yazar.

 

10. Rəcəbin 15-nin gecəsində 12 rükət namaz qılmaq. Namazın qaydası belədir:  Niyyət 2-rükətli namaz kimi qılınır(Sübh namazı kimi); Hər rükətdə "Fatihə"dən sonra "İxlas", "Fələq", "Nəs" surələrini və "Ayətül-kursi"ni hər birini 1 dəfə, "Qədr" surəsini isə 4 dəfə oxumaq; Namazı bitirdikdən sonra 4 dəfə demək: "Əllahu Əllahu Rabbi la uşriku bihi şəyən, və la əttəxizu min dunihi vəliyyə".

 

11.Rəcəb ayının 15-də qüsl almaq, oruc tutmaq, İmam Hüseyni (ə) ziyarət etmək.

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system