SİYASƏT

Oxundu: 162
REAL quqrultayını təxirə salıb

REAL quqrultayını təxirə salıb

Respublikaçı Alternativ Partiyasının (REAL) Təşkilat Komitəsi (TK) dekabrın 17-nə təyin etdiyi təsis qurultayını qeyri-müəyyən vaxtadək təxirə salıb

İslaminSesi xəbər verir ki, bu barədə REAL-ın icra katibi Natiq Cəfərli Amerikanın Səsinə bildirib.

 

Təsis qurultayı dekabrın 17-də Müsavat Partiyasının qərargahında keşirilməli idi.

 

Dekabrın 15-də Müsavat Partiyasının qərargahında Respublikaçı Alternativ Partiyası Təşkilat Komitəsinin və Müsavat Partiyasının rəhbər şəxslərinin görüşü keçirilib.

 

“Yaranmış vəziyyətdə hüquqi məsələlər aydınlaşanadək qurultayın ertələnməsi təklifi də müzakirə edildi. REAL rəhbərliyi problemlərin ciddiliyini anlaşıqlıqla qarşıladı. Təşkilat komitəsində müzakirələr zamanı baş verənləri nəzərə alacaqlarını bildirdilər”, o qeyd edib.

 

Dekabrın 14-də isə Dövlət Əmlak Komitəsinin məsul əməkdaşları Müsavat Partiyasının qərargahına gələrək icarə ilə bağlı partiyaya xəbədarlıq edib.

 

REAl Təşkilat Komitəsi (TK) bu gün yaydığı bəyanatda qurultayın keçirilməsi üçün yer ayırması ilə bağlı Müsavat partiyasına edilən bütün təzyiqləri kəskin şəkildə pisləyir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system