NAMAZ VAXTLARI:
  • FƏCR 03:38
  • GÜN 05:18
  • ZÖHR 12:37
  • ŞAM 20:16
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ramazan ayının hər gecəsi üçün tövsiyə olunmuş namazlar – 1-ci gecə

Oxundu: 269
Ramazan ayının hər gecəsi üçün tövsiyə olunmuş namazlar – 1-ci gecə

Mabarək ramazan ayında hər gecə üçün xüsusi namazlar tövsiyə olunub.

 

“İslaminSesi” - Ramazan ayı orucluq ayıdır. Yəni Mütəal Allah hər bir kəsə (şərtlərə uyğun) bu ay boyu oruc tutmağı vacib buyurub. Oruc olmağın hikmət və fəlsəfəsi barədə İslam alimləri öz dəyərli fikirlərini bildiriblər. Bütün bunların hamısı nəticədə insanın özünə qayıdır və onun islahına xidmət edir.

 

Hədis və mötəbər mənbələrdə ramazan ayı boyu hər gecə qılınan 2 rəkətli namaz,  həm də hər bir gecə üçün xüsusi namaz qeyd olunmuşdur.

 

Bu namazlar həm böyük savaba, həm də dərin mənəvi təsirə malikdir.

 

Ramazan ayı boyu gecələr qılınması tövsiyə olunan namaz: Hər rəkətdə 1 Fatihə, 3 dəfə İxlas surəsi. (Məfatihul-cinan)

 

1-ci gecə üçün tövsiyə olunan xüsusi namaz:

 

4 rəkətdir. Hər rəkətdə 1 dəfə “Fatihə” surəsi və 11 dəfə “İxlas” surəsi oxunur.

 

QEYD edək ki, bu kimi müstəhəb namazlar 2 rəkət-2 rəkət qılınır. Məsələn 6 rəkət deyildikdə 3 ədəd 2 rəkətli namaz nəzərdə tutulur.

 

Xatırladaq ki, hicri təqvimi ilə yeni gün məğrib azanı ilə başlayır. Gecə gündüzdən əvvəldə gəlir. Məğrib azanı verilməklə gün bitir və yeni gün başlayır. Məsələn şaban ayı bitməklə ramazan ayının birinci gecəsi başlayır.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system