NAMAZ VAXTLARI:
  • FƏCR 04:21
  • GÜN 05:51
  • ZÖHR 12:45
  • ŞAM 19:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 327
Ramazan ayının 9-cu gününün duası və bu duada önə çəkən əhəmiyyətli məqamlar

Ramazan ayının 9-cu gününün duası və bu duada önə çəkən əhəmiyyətli məqamlar

Bu kiçik həcmli duanın hər kəlməsində böyük inanc və etiqad durur.

İslaminSesi.info Ramazan ayı rəbbimizin xeyir-bərəkət dolu ayıdır. Bu ayın hər anı Allahın rəhməti ilə doludur. Hətta hədislərdə qeyd olunur ki, bu ayda mömünün yuxusu ibadət, çəkdiyi nəfəsi belə zikr hesab olunur.

 

 

Bu ayın hər günü üçün məxsusi dualar qeyd olunub. Bu dualar həcmcə kiçik olsalar belə böyük dərin və geniş mənaları ehtiva edir.

 

9-cu günün duası:

 

االلهمّ اجْعَلْ لی فیهِ نصیباً من رَحْمَتِکَ الواسِعَةِ واهْدِنی فیهِ لِبراهِینِکَ السّاطِعَةِ وخُذْ بناصیتی الی مَرْضاتِکَ الجامِعَةِ بِمَحَبّتِکَ یا أمَلَ المُشْتاقین.

 

Bismillahir-Rəhmanir-Rəhim.

Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-muştaqin.

 

Tərcüməsi:

İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!

 

Duada diqqətə çəkilən əhəmiyyətli məqamlar:

 

1.Allaha dua etmək,

Onu təsdiq etmək,

Yalnız ondan istəmək.

2. İlahi rəhmətdən nəsib almaq mümkünlüyü.

3. Ən geniş rəhmət Allaha məxsusdur.

4. Hidayət və bu hidayətin Allahdan olmasını bilmək.

5. Hidayətin istiqaməti və qəlbin dəlilləri görməsi Allahın istəyi ilədir.

6. Allahın rizası adlı anlayışa sahib olmaq və bütün xeyirlərin bu rizada olmasını dərk etmək.

7. Allah bəndələrinə qarşı məhəbbətlidir və bu məhəbbət müqəddəsdir.

8. Ən pak şövq və ən son arzu İlahi rizadır!

 

Yaşar Nuriyev

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system