NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:42
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 296
Ramazan ayının 6-cı gününün duası və bu duadakı gizli məqamlar

Ramazan ayının 6-cı gününün duası və bu duadakı gizli məqamlar

Dua dərin bir etiqaddır və insan bu günün duasını oxumaqla bu gizli mətləblərə işarə edir.

İslaminSesi.info - Ramazan ayı rəbbimizin xeyir-bərəkət dolu ayıdır. Bu ayın hər anı Allahın rəhməti ilə doludur. Hətta hədislərdə qeyd olunur ki, bu ayda mömünün yuxusu belə ibadət hesab olunur.

 

Bu ayın hər gününün özünə məxsus duası vardır. Bu kiçik həcmli, geniş möhtəvalı duaları oxumaq çox tövsiyə olunur.

 

6-cı günün duası

 

اَللّـهُمَّ لا تَخْذُلْنى فيهِ لِتَعَرُّض

 

 

مَعْصِيَتِكَ، وَلاتَضْرِبْنى بِسِياطِ نَقِمَتِكَ، وَزَحْزِحْنى فيهِ مِنْ مُوجِباتِ سَخَطِكَ، بِمَنِّكَ وَاَياديكَ، يا مُنْتَهى رَغْبَةِ الرّاغِبينَ

 

 

 

Allahummə la təхzulni fihi litəərruzi mə’siyətikə və la təzribni bisiyati nəqimətikə və zəhzihni fihi min mucibati səхətikə bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin!

 

 

İlahi, bu gün sənə qarşı etdiyim günahlara görə məni rüsvay etmə. Məni intiqam qamçılarınla vurma. Bu gün sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Öz lütf və nemətlərinə хatir, ey istəyənlərin istəklərinin sonu!

 

Dua edən insan öz duasında bu mətləbləri iqrar edir. Bu o deməkdir ki, bunları dərk edir. Əks halda dili duaya gəlməz:

 

1.Allahı çağırmaqla Onu təsdiq edir,

özünü Ona möhtac bilir,

Onu qüdrət sahibi və ehtiyacsız bilir. (...Allahım...)

2. Günahın, məsuliyyətin nə olduğunu idrak edir.

3. Rüsvayçılıqdan həya edir.

4. Allahın intiqam alan olduğunu bilir və qorxur.

5. İnsanı ilahı qəzəbdən yalnız ilahı inayət nicat verə bilər.

6. Nemətlərin bir ilahi lütf olmasını bilir.

7. Bütün varlığın sonu Allahdır və insanın arzuları belə Allahda bitir.

 

Dua dərin və gizli bir etiqaddır!

 

Yaşar Nuriyev

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system