NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ramazan ayının 24-cü gününün duası və sirli mətləblər

Oxundu: 256
Ramazan ayının 24-cü gününün duası və sirli mətləblər

Bu mübarək ayın hər gününün özünə məxsus duası vardır ki, bu duaların hər birinin xüsusi incəlikləri və toxunduğu dərin mənaları vardır.

 

İslaminSesi – Ramazan ayı ilahı rəhmətin xüsusi şamil olduğu aydır. Bu ayın gecələri də, gündüzü də rəhmət və bərəkətlə doludur.

 

Bu ayın hər günü üçün xüsusi dualar tövsiyə olunub.

 

24-cü günün duası:

 

"Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin". 


Tərcüməsi:
"İlahi, bu gün Səni razı salan əməlləri Səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən Sənə sığınıram. Sənə tabe olmaq və Sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!" 

 

اللهمّ إنّی أسْألُکَ فیه ما یُرْضیکَ وأعوذُ بِکَ ممّا یؤذیک وأسألُکَ التّوفیقَ فیهِ لأنْ أطیعَکَ ولا أعْصیکَ یا جَوادَ السّائلین.

 

Duanın hər kəlməsi dərin bir etiqada işarədir:

 

1.Ey Allahım demək bir təsdiqdir

2.Allahdan istəmək, istəməyi bilmək dərin bir inacdır

3.Bu ayda deməklə ayın əhəmiyyətinə işarə edir

4.Allahın rizası adlı məfhumla tanış olmaq

5.Allahın qəzəbi adlı məfhumla tanış olmaq və dilə gətirmək

6.Allaha sığınmağı bacarmaq və bunu Allahdan istəmək

7.Allaha itaət və günah məfhumlarını dilə gətirməklə əqidə və zehnində bu məfhumları idrak edir və bunun üçün Allahdan tofiq istəyir

8.Allah dərgahını əl açmaq üçün ən doğru və ən münasib bilmək.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system