NAMAZ VAXTLARI:
  • FƏCR 04:23
  • GÜN 05:53
  • ZÖHR 12:45
  • ŞAM 19:54
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ramazan ayının 12-ci günün munactı və duadakı gizliliklər

Oxundu: 227
Ramazan ayının 12-ci günün munactı və duadakı gizliliklər

Bu ayın hər gününün xüsui duası vardır ki, həcmcə kiçik görünsələr belə dərin mənası, böyük ehtivası vardır.

İslaminSesi.info - Allah Rəsulu (s) buyurub ki, bu ayın hər anı rəhmətdir, bərəkətdir. Hətta oruc tutan möminin yuxusu belə ibadətdir.

 

Bu səbəbdən Ramazan ayına bərəkətli ay deyilir. Bu ayın hər gününün xüsui duası vardır ki, həcmcə kiçik görünsələr belə dərin mənası, böyük ehtivası vardır.

 

Ramazan ayının 12-ci gününün duası:


اللهمّ زَیّنّی فیهِ بالسّتْرِ والعَفافِ واسْتُرنی فیهِ بِلباسِ القُنوعِ والکَفافِ واحْمِلنی فیهِ علی العَدْلِ والإنْصافِ وامِنّی فیهِ من کلِّ ما أخافُ بِعِصْمَتِکَ یا عِصْمَةَ الخائِفین.

 

Allahummə zəyyini fihi bis-sətri vəl-ifaf vəsturni fihi bilibasil-qunui vəl-kəfaf vəhmilni fihi ələl-ədli vəl-insaf və əminni fihi min kulli ma əхaf biismətikə ya ismətəl-хaifin!

 

Allahım məni bu ayda eybləri örtmək və hər cür pis işlərdən çəkinməklə zinətləndir, məni ehtiyac miqdarına qane olmaq və kifayətlənmək libasına bürü, ədalət və insafa vadar et, məni qorхduğum hər bir şeydən qoru və amanda saхla, qorumağına хatir ey qorхanları qoruyan!

 

Bu günün duasının özündə ehtiva etdiyi gizliliklər:


1-Allahdan istəməyi bacarmaq və bu ayı önəmsəmək
2- Eyibi dərk etmək və Allahın eyibləri örtən olmasını dərk etmək
3- Pis işləri ayıra bilmək vəbu pislikdən çəkinməyi zinət bilmək
4- Qənaəti dərk etmək və qənaətkatlıq libasına bürünməyə cəhd etmək, 
5- Ədalət və insafı dərk etmək və bu özü üçün istəmək
6- İnsanın öz dəyərləri üçün qorxması
7- Allahın ən yaxşı sığınacaq yeri olmasını dərk etmək!

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system