NAMAZ VAXTLARI:
  • FƏCR 04:21
  • GÜN 05:51
  • ZÖHR 12:45
  • ŞAM 19:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 486
Ramazan ayında hər gecənin öz namazı var – 5-ci gecənin namazı

Ramazan ayında hər gecənin öz namazı var – 5-ci gecənin namazı

Əllamə Məclisi deyir: “Quran oxumaq, namaz qılmaq bu ayın ən üstün əməllərindəndir.”

İslaminSesi.info – Mübarək Ramazan ayaına Quran ayı da deyilir. Yəni bu ay həm Quranın yer üzərinə nazıl olduğu bir aydır, həm də insanları Quran vasitəsi ilə ilahi dərgaha ucaldan bir ay.


Mərhum Əllamə Məclisi “Zadul-məad” kitabında ramazan ayının əməllərinə, Quran tilavətinin fəzilətinə, müxtəlif gündəlik dualara işarə edərək deyir:

 

”Bu ayın ən fəzilətli əməli Quran oxumaq və namaz qılmaqdır. Bu gecələrdə qılınan namazlar Quranın bir çox ayə və surələrini özündə ehtiva edir ki, bu namazları qılanlar böyük qənimət əldə etmiş olur.”

 

Peyğəmbər (s) və İmamların (ə) kəlamlarında ramazan ayının mübarək gecələri üçün xüsusi namazlar tövsiyə olunub ki, bunlar böyük qənimət hesab olunur.

 

6-cı gecənin tövsiyə olunmuş namazı:

Dörd rəkətli namazdır.

Hər bir rəkətdə “Fatihə” və “Mulk” surəsi oxunmalıdır.

 

QEYD edək ki, bu kimi müstəhəb namazlar 2 rəkət-2 rəkət qılınır. Məsələn səkkiz rəkət deyildikdə 4 ədəd 2 rəkətli namaz nəzərdə tutulur.

Həmçinin xatırladaq ki, hicri təqvimi ilə yeni gün məğrib azanı ilə başlayır. Yəni 5-ci gün şam azanı verilməklə həmin gün bitir və 6-cı günün gecəsi başlayır. Gecə gündüzdən əvvəldə gəlir. Məğrib azanı verilməklə gün bitir və  yeni gün başlayır.

 

Yaşar Nuriyev

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system