NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ramazan ayı 17-ci günün duası və dərin mənaları

Oxundu: 321
Ramazan ayı 17-ci günün duası və dərin mənaları

Bu ayın hər gününün xüsui duası vardır ki, həcmcə kiçik görünsələr belə dərin mənası, böyük ehtivası vardır.

 

İslaminSesi.info - Ramazan  ayı ilahi rəhmətlə, xeyir-bərəkətlə dolu bir aydır. Bu ayın hər gününün xüsusi duası, hər gecəsinin namazı vardır.

Hədislərdə, Allah Rəsulunun (s) kəlamlarında buyrulur ki, bu ayda oruc tutan möminin çəkdiyi nəfəs zikr, yuxusu belə ibadətdir.

 

Bu bərəkətli ayın hər gününü xüsusi munacatı, dərin mənaları ehtiva edən duası vardır.

 

17-ci günün duası:

 

اللهمّ اهْدِنی فیهِ لِصالِحِ الأعْمالِ واقْـضِ لی فیهِ الحَوائِجَ والآمالِ یا من لا یَحْتاجُ الی التّفْسیر والسؤالِ یا عالِماً بما فی صُدورِ العالَمین صَلّ علی محمّدٍ وآلهِ الطّاهِرین.

 

Allahımməhdini fihi lisalihil-ə’mali vəqzi li fihil-həvaicə vəl-amal ya mən la yəhtacu ilət-təfsiri vəs-sual ya alimən bima fi suduril-aləmin səlli əla Muhəmmədin və alihit-tahirin!

 

Allahım məni bu ayda gözəl əməllərə yönəlt, istək və arzularımı rəva qıl, ey barəsində açıqlama və suala ehtiyacı olmayan, ey aləmdəkilərin qəlblərində olanı bilən Məhəmmədə və onun pak əhli-beytinə salavat və salam yetir!

 

Bu günün duasında işarə olunan mühüm məqamlar:

 

1.İnsan öz duası ilə rəbbini təsdiq edir

2.Bu aya işarə etməklə ramazan ayının əhəmiyyətini anlayır

3.Əməlin pis və yaxşı olmasını dərk edir

5.Hidayət və istiqamət Allahdandır

6.İstək və arzularının həyata keçməsini Allahdan diləyir, Onu mütləq qüdrət sahibi bilir

7.Mütəal Allah sorğu-sual olunmaz, sorğu-sual edər.

8.Allah Təala bütün gizliləri biləndir, hətta qəlblərdə, niyyətlərdə olanı biləndir.

9. Haqq yol peyğəmbərsiz (s) və Əhli-beytsiz (ə) gedilməz, bu mümkün deyil.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system