NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:41
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ramazan ayı 14-cü günün munacatı və örtülü mətləblər

Oxundu: 77
Ramazan ayı 14-cü günün munacatı və örtülü mətləblər

Bu gün ramazan ayının 14-cü günüdür. Bu ayda hər günün öz dua və munacatı vardır.

 

İslaminSesi.info - Bu gün ramazan ayının 14-cü günüdür. Bu ayda hər günün öz dua və munacatı vardır. Ramazan ayı Allah Təalanın şərəf verdiyi, fəzilət baxımından üstün etdiyi bir aydır. Təbii ki, bu üstünlük nisbi anlayışdır. Əsl həqiqətdə qəsd edilən üstünlük odur ki, bu ayda rəbbimizin məxluqata xüsusi inayəti vardır. Bunu ramazan ayında oxunan dualarda da görmək olur.

 

Ramazan ayının hər günü üçün xüsusi munacaq tövsiyə olunub. Hədislərlə bizə yetişən bu dualar mətncə az olsada belə, özlərində böyük və geniş mənaları ehtiva edirlər.

 

14-cü günün duası

 

اللهمّ لا تؤاخِذْنی فیهِ بالعَثراتِ واقِلْنی فیهِ من الخَطایا والهَفَواتِ ولا تَجْعَلْنی فیه غَرَضاً للبلایا والآفاتِ بِعِزّتِکَ یا عزّ المسْلمین.

 

Allahummə la tuaхizni fihi bil-əsərat və əqilni fihi minəl-хətaya vəl-həfəvat və la təc’əlni fihi ğərəzən lilbəlaya vəl-afat biizzətikə ya izzəl-muslimin!

 

Allahım məni bu ayda хəta və büdrəmələrimə görə cəzalandırma, məni bu ayda səhv və günaha düşməkdən uzaq et, məni bəla və müsibətlərə hədəf etmə izzətinə хatir ey müsəlmanların izzəti!

 

Duada kəlmələrdə örtülü olan mətləblər:

 

1.İnsan rəbbini çağırır, Ondan istəyir

2.Bu ayaın ehtiramına işarə edir

3.Xəta və yoldan azmaq kimi düşüncəyə sahib olur

4.İlahi cəzanı təsdiq edir

5.İnsan günah deyilən bir anlayışı təsdiq edir

6.Bütün günah, bəla və müsübətdən Allaha sığınır, Ondan yardım istəyir

7.İzzət sahibi yalnız Allahdır

8.İslamda, müsəlman olmaqda izzət vardır!

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system