NAMAZ VAXTLARI:
  • FƏCR 06:25
  • GÜN 07:52
  • ZÖHR 12:33
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ramazan ayı 10-cu günün munacatı və işarə olunan gizli mətləblər

Oxundu: 362
Ramazan ayı 10-cu günün munacatı və işarə olunan gizli mətləblər

Bu gün ramazan ayının 10-cu günüdür. Bu ayda hər günün öz dua və munacatı vardır.

İslaminSesi.info - Bu gün ramazan ayının 10-cu günüdür. Bu ayda hər günün öz dua və munacatı vardır. Bu ay Allah Təalanın şərəf verdiyi, fəzilət baxımından üstün etdiyi bir aydır. Təbii ki, bu üstünlük nisbi anlayışdır. Əsl həqiqətdə qəsd edilən üstünlük odur ki, bu ayda rəbbimizin məxluqata xüsusi inayəti vardır. Bunu ramazan ayında oxunan dualarda da görmək olur.

 

 Rəbbimiz bərəkət və nur dolu Quranı bu ayda nazil edib. Hədislərdə buyurulur ki, bu ayda oruc tutan şəxsin yuxusu ibadət, aldığı nəfəsi zikrdir. Bu da o deməkdir ki, insan tam ay boyu ibadət halındadır.

 

 Bu ayı hər günün fəzilət dolu məxsusi münacatı vardır.10-cu günün duası:

 

 

االلهمّ اجْعلنی فیهِ من المُتوکّلین علیکَ واجْعلنی فیهِ من الفائِزینَ لَدَیْکَ واجْعلنی فیهِ من المُقَرّبینَ الیکَ بإحْسانِکَ یاغایَةَ الطّالِبین.

 

 Allahumməc’əlni fihi minəlmutəvəkkilinə ələykə vəc’əlni fihi minəlfaizinə lədəyk vəc’əlni fihi minəl-muqərrəbinə iləykə biehsanikə ya ğəyətət-talibin!

 

Allahım məni bu ayda Sənə təvəkkül edənlərdən, Sənin yanında kama çatan və uğur əldə edənlərdən və Sənin dərgahına yaхın olanlardan et, ehsanına and verirəm, ey tələb edənlərin son məqsədi! 

 

Duada işarə olunan mətləblər:

 

1- Allaha müraciət

2 –Allaha təvəkül və buna nail olmağı da Allahdan istəmək

3 –Yüksək kam və uğurun Allah yanında olmasını bilmək və dərk etmək.

4 –Bu uğuru yalnız Allahdan istəmək.

5 –Allah dərgahını dərk etmək və bu istəmək.

6 – İlahi dərgaha yetişmək yalnız Allahın ehsanı ilə mümkündür.

7 – Bütün arzu və amalın sonu Allah olmalıdır. Yəni istənilən hər bir şey səni Allahın rizasına götürən bir vasitə olmalıdır.

 

Yaşar Nuriyev

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system