NAMAZ VAXTLARI:
  • FƏCR 05:00
  • GÜN 06:22
  • ZÖHR 12:36
  • ŞAM 19:06
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Radikalizm və Tolerantlıq – Dinlərin hədəfi insanların nicatıdır

Oxundu: 142
Radikalizm və Tolerantlıq – Dinlərin hədəfi insanların nicatıdır

Bütün səmavi kitablara və İlahi elçilərin səsləndirdiyi şüarlara, söylədikləri ilahi mesajlara diqqət etsək, Xaliqin insanları vahid bir cəmiyyətin qurulmasına dəvət etdiyini görə bilərik.

 

Bu cəmiyyətin qurulması üçün ilkin prinsip, hər bir fərd üçün ortaq və zəruri varlıq olan Allaha etiqad bəsləməsidir. Quyuya düşmüş cəmiyyətin xilas olamsında uzanan ipə ehtiyac duyulduğu kimi, Xaliq ali varlıqlı insan məxluquna sağlam, möhkəm və etibarlı bir ip təqdim edir. Quyuya uzanan iplərin çoxluğundan, tərəddüd də qalan insanlara Öz elçilərini göndərir ki, insan insanlığın düşməni sayılan şeytan və ya şeytan xislətli insanların iplərinə əl uzatmasın. Əks təqdirdə bu ip insanların bir daha quyuya düşməsinə, yaxud bu ipin vasitəsi ilə özünün məkirli niyyətinin qurbanına çevirəcəkdir. Bu səbəbdən Qurani Kərim bizlərə Allahın adıyla təqdim olunan hər hansısa ipi deyil, məhs Allahın təqdim etdiyi ipi tanıtdırır və buyurur : "Hamılıqla Allahın ipindən möhkəm yapışın..." - Ali-İmran -103.

 

Bu ipin prinsipi ilkin olaraq Allahın təyin etdiyi hüquqi qanunlara tabe və təslimçilikdən ibarətdir. Necəki, Qurani Kərim buyurur: " Ey iman gətirənlər, Allahdan ona layiq olan tərzdə qorxun və yalnız müsəlman olaraq ölün." Ali - İmran - 102.

 

Bu təslimçiliyin əməli praktikasını İlahi elçilər və İmamlar bizlərə təqdim etmiş və ictimai birliyin bərpası üçün lazımi göstərişlərini vermişlər. İctimai birliyin bərpa olunması üçün, istər ailə, istər ictimai, istər dinlər, istər məzhəblər müstəvisində tolerantlığa, yəni dözümlüyə ehtiyac vardır. Yəni, sənin ideya və ya fikirlərinə zidd olan, qarşısındakı fərdin, fikir və münasibətinə anlayışlıq və dözümlülük nümayiş etdirmək. İnsan azad yaradılmış bir məxluqdur, insana xeyir və zərərlər təqdim olunmuşdur. İslam insanlara bir şeyin məcbur olaraq qəbul etdirilməsinin əlehinə olmuşdur. Quran'i Kərim buyurur: "Dində heç bir məcburiyyət yoxdur". Bəqərə-256. Bu ayənin ardında niyəsi qeyd olunur: "...Şübhəsiz, (bu Quran vasitəsilə) hidayət yolu azğınlıqdan (seçilib) aydınlaşmışdır. Buna görə də, kim azğın və itaətsizə (şeytan və onun ardıcıllarına) kafir olub Allaha iman gətirsə, doğrudan da heç vaxt qırılmayan möhkəm bir dəstəkdən yapışmışdır. Allah eşidən və biləndir."

 

Yəni düzlüklər açıq olaraq insanlara təqdim edilmiş və seçim insanlarîn ixtiyarına buraxılmışdır. Bunula yanaşı Quran'i Kərim bu mesajı da qeyd etmişdir: " Hər kim zərrə qədər yaxşılıq etsə əvəzini görəcək, Hər kim zərrə qədər pislik etsə əvəzini görəcək."- Zəlzələ -7-8.

 

Rəsulullahın (s) həyat yolun nəzər yetirdiyimiz zaman biz bunları görə bilərik. Allahın elçisi qurduğu dövlətdə, İslam bayrağı altında həm inkarçı ( kafir), həm münafiq, həmçınin müşrik təfəkkürlü insanlarla özünün rəhbərliyi altında yaşamış, bu təfəkkürlü insanlarıda daimə var gücü ilə İlahi yola mərhəmət və sevgi ilə dəvət etmişdir. Əgər onlardan ictimai təhlükə, asayiş pozuntusu müşahidə olunduqda onlara qarşı sərt rəftar edirdi.

 

Radikalizm - latın sözü olub " kökündən dəyişmək" anlamına gəlir. Marks, Hegelin " Hüquq Fəlsəfəsinin tənqidi" əsərində qeyd edir ki:" Radikal olmaq işi kökündən ələ almaq və dəyişdirməkdir. Kök də insan üçün insanın özüdür".

 

İstər milliyyətçilik də, istər dinlər arasında, istərsədə məzhəblər arasında ki münaqişələrin kökündə bu anlamı görmək olar. İnsanlığın yaradılışı eyni olduğu təqdirdə, bütün dinlərin sülhə və əmin əmanlığa səslədiyi təqdirdə bir qrup mənfi xislətli insanlar tərəfindən köklü dəyişiklik edərək ictimai parçalanmaya şərait yaradırlar. Bu düşüncənin sahiblərini daha çox dini və İslamın tərkibindən ayrılmış müəyyən qruplarda görmək olar. Təbii İslamın adı ilə fəaliyyət göstərən radikal qrupların yaranma və ya yaradılmasının bir neçə amili vardır. Onlardan biri İslamı dünyaya dözümsüz bir din kimi təqdim etmək, İslam dininə qarşı nifrət hissinin yaradılmasıdır. Radikal qüvvələr, məxsusən gənclərə İlahi mesajın literal yəni hərfi yozumunu aşılayaraq, mahiyyətindən uzaqlaşdırırlar. Mahiyyətindən xəbəri olmayan şəxslər bu İlahi mesajları əllərində bayraq tutaraq dözümsüzlük nümayiş elətdirir və bu dözümsüzlük minlərlə cinayətlərin rəvac tapmasına şərait yaradır. Nəticə etibarı ilə İslam dünyaya dözümsüz bir din olaraq təqdim olunur. Bununla belə, qeyri müsəlman xalqlarında islamafobiyya və ksenofobiyyalar baş alıb gedir. Yəni İslamdan qorxma və yadlardan qorxma ( bir gün bu mövzuya da toxunmağa çalışacağıq) hissini yaradır.

 Əziz və dəyərlilər, dözümlülüyü, mərhəmət və sevgini həyatınızın şüarı olaraq seçin. Daima anlayışlı olmağa çalışın,  sizi anlamalarını istədiyiniz kimi...

 

“İslaminSesi”

Elnur Əli oğlu

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system