Radiasiyanı enerjiyə çevirən varlıq tapıldı

Oxundu: 111
Radiasiyanı enerjiyə çevirən varlıq tapıldı

Alimlər müəyyən ediblər ki, Cryptococcus neoformans digər bitkilərin karbon qazını udub oksigen ifraz etdiyi kimi, təhlükəli şüaları qəbul edərək enerjiyə çevirir

Çernobıl Atom Elektrik Stansiyasında radiasiya ilə qidalanan qeyri-adi göbələk aşkar edilib.

 

Rusiya mətbuatı xəbər verir ki, digər canlılar üçün öldürücü dozada olan radiasiya bu göbələyin inkişafına rəvac verir.


Göbələk Cryptococcus neoformans növünə aiddir. O, qəzadan 20 il sonra 2000-ci illərin ortalarında aşkar olunub. Ancaq bu göbələyin qeyri-adi xüsusiyyəti yeni aşkar edilib.


Araşdırmalar göbələkdə yüksək səviyyədə melanin olduğunu sübut edib.


Bu piqment insan orqanizmində də var və günəşdə qaralma zamanı özünü büruzə verir.


Bundan başqa, alimlər müəyyən ediblər ki, Cryptococcus neoformans digər bitkilərin karbon qazını udub oksigen ifraz etdiyi kimi, təhlükəli şüaları qəbul edərək enerjiyə çevirir.


Ekspertlər hesab edirlər ki, göbələyin əsasında radiasiya şüalanmasının enerji mənbəyi kimi istifadə edildiyi yeni texnologiya yaradıla bilər.

 

Bu, xüsusilə kosmik uçuşlar üçün faydalı ola bilər.


Məlumdur ki, kosmosda radiasiya səviyyəsi Yerlə müqayisədə qat-qat çoxdur. Və bu planetlərarası missiyanın yerinə yetirilməsinə xidmət edir. Ehtimallar var ki, kosmonavtlar Marsa və ya digər təyin edilmiş yerlərə çatana qədər yüksək hədli radiasiyadan əziyyət çəkirlər.


Ola bilər ki, göbələk bu problemin həllinə kömək edə bilər./sputnik.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system