NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Quşlar təyyarəni təcili olaraq qarğıdalı tarlasında "endirib": xəsarət alanlar var - VİDEO

Oxundu: 186
Quşlar təyyarəni təcili olaraq qarğıdalı tarlasında

Rusiyanın “Ural Airlines” şirkətinə məxsus “Airbus-321” təyyarəsi Moskvadakı “Jukovskiy” hava limanından qalxdıqdan 15 dəqiqə sonra təcili eniş edib.

İslaminSesi-nin  RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, təyyarədə  7 ekipaj üzvü daxil, 234 sərnişin olub.

 

Təyyarə qağayı sürüsüylə toqquşub və  mühərrikinə quş girdiyi üçün yerə enmək məcburiyyətində qalıb.

 

Hava limanından kənar boş bir əraziyə - qarğıdalı tarlasına -  endikdən sonra təyyarənin mühərriki yerindən qopub.

 

Hadisə nəticəsində ölən yoxdu, lakin 10 nəfər xəsarət alıb. Onlardan üçü uşaqdır.

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system