NAMAZ VAXTLARI:
  • FƏCR 06:25
  • GÜN 07:52
  • ZÖHR 12:33
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

"Quş qripi" ilə bağlı köçəri və ev quşlarından nümunələr götürülüb

Oxundu: 121

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti “quş qripi” ilə bağlı monitorinqlərə start verib.

Nazirlikdən  verilən məlumata görə, monitorinqlər milli qoruq və parklarda, quşçuluq və fərdi təsərrüfatlarda keçirilir. Artıq Dövlət Baytarlıq Xidmətinin əməkdaşları Abşeron yarımadası, Neftçala, Oğuz və Şabran rayonlarında “quş qripi” xəstəliyinin müəyyənləşdirilməsi məqsədilə köçəri və ev quşlarından 148 qan və patoloji nümunələr götürüblər. Götürülmüş materiallar Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyətə açıqlanacaq.

 

Dövlət Baytarlıq Xidməti bildirir ki, hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system