NAMAZ VAXTLARI:
  • FƏCR 03:34
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:20
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 205
Quranın tilavətinin insan qəlbinə mənəvi təsiri barədə Peyğəmbər (s) kəlamı

Quranın tilavətinin insan qəlbinə mənəvi təsiri barədə Peyğəmbər (s) kəlamı

Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır. (İsra-82)

İslaminSesi.info - Qurani Kərim Rəbbimizin bizə bir lütfü, hədiyyəsi, rəhmətidir. Bütün bunlar, hətta daha artığı Quranda mövcuddur. Çünki İlahi Kitab insan həyatının bütün sahələrini əhatə edir. Ola bilsin indi bunun hamısını görə bilmirik. Amma zaman təcrübəsi bunun həqiqət olduğunu təsdiq edir.

 

Qurani Kərim əsasən insanın rəbbi barədə maariflənməsi, dini əxlaqı, şəri məsələlərə agahlıq əldə etməsi, hətta müxtəlif tarixi hadislərə bilik əldə etməsi üçün bir ilahi kitabdır.

 

Bütün bunlara yanaşı Quranın özünə məxsus xüsusiyyəti də vardır ki, bu xüsusiyyət Qurandan başqa digər bir yerdə yoxdur. Bu Quranın qəlblərə nur saçmasıdır. İnsan Quran oxuduqda elm və mərifət əldə etməklə yanaşı qəlbində paklıq və nuraniyyət hasil olur. Həzrət Peyğəmbər (s) Quranı ölü qəlbləri dirildən adlandırıb:

 

“Ey övlad Quran oxumaqda qəflətə düşmə. Səhər və axşam buna riayət et.

Həqiqətən Quran ölü qəlbləri dirildir. Həmçinin insanı pisliklərdən qoruyur.”

(Əl-Burhan fi təfsiril-Quran 1/19)

 

 

“Quran çox tilavət olunan evdə xeyir-bərəkət də çoxalar. Ev əhli firavanlığa çıxar. Ulduzlar yerə işıq saçdığı kimi, Quran oxunan evlər də göylərə nur saçar.”

(Kafi 2/610)

 

Quran özü də ayələrinin möminlərin qəlbinə şəfa olmasını təsdiq edir:

 

“Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır.”  (İsra-82)

 

 

Yaşar Nuriyev

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system