NAMAZ VAXTLARI:
  • FƏCR 06:25
  • GÜN 07:52
  • ZÖHR 12:33
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Quranın and içdiyi nəfsi-ləvvamə və ya vicdan

Oxundu: 225
Quranın and içdiyi nəfsi-ləvvamə  və ya vicdan

“And içirəm özünü qınayan nəfsə!” – Qiyamə-2

İslaminSesi.info – Qurani Kərimdə tez-tez rast gəlinən ayələrdən biri də andla bağlı ayələrdir. Təfsir alimləri andla bağlı ayələrin təfsirində qeyd edirlər ki, Mütəal Allah bu ayələrlə insanın dili ilə danışır, yaxud and içilən bir şeyin mühümlüyünü çatdırır.

 

Bu ayələrdən biri də Qiyamət  surəsinin  2-ci ayəsidir:

 

“And içirəm özünü qınayan nəfsə!”

 

Əxlaq ustadları nəfsi bir neçə məqamlara bölürlər ki, binlardan biridə “ləvvamə” nəfsdir. Bu nəfs insanı pisliyə sürükləyən “Əmmarə” nəfsdən sonra gəlir. Əmmarə nəfs insanı günaha sövq edən, onun gözünü kor edən nəfsdir. Ləvvamə nəfs isə ona etdiyi günah müqabilində peşmançılıq hissi yaşadan nəfsdir. Hətta bəziləri Ləvamə nəfsə danlayan nəfs də deyir.

 

Təfsir-mizanda Ləvvamə nəfs insanda olan vicdan kimi təqdim olunur. Qeyd olunur ki, Ləvvamə nəfs möminin nəfsidir. O, hər hansı bir layiq olmayan iş gördükdə peşman olur. Daxili hissi onu danlayır. Bu Allahın ona bəxş etdiyi vicdanıdır.

 

Məcməul-bəyan təfsiri də bu nəfsi insanın vicdanı kimi təqdim edir. Lakin Mizan təfsirindən fərqli olaraq yalnız möminə aid etmir. Bunun həm mömində, həm də kafirdə olduğunu bildirir. Çünki bu insani bir hissdir.

 

Hər halda bu nəfs insan üçün dəyərli bir cövhərdir və Allah buna and içir. Bu nəfs sanki insan üçün daxili bir məhkəmə rolunu oynayır. İnsanı etdiyi əməlləri müqabilində mühakimə edir. Etdiyi nalayiq işləri, günah əməlləri ona göstərir və ona peşmançılıq hissini yaşadır. Təfsirə əsasən bu müqəddəs hiss vicdandır ki, Mütəal Allah onu dəyərli bilib ona and içir.

 

Yaşar Nuriyev

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system