NAMAZ VAXTLARI:
  • FƏCR 04:23
  • GÜN 05:53
  • ZÖHR 12:45
  • ŞAM 19:54
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Quranın and içdiyi "ata və oğul" kimdir? - Bələd-3

Oxundu: 2011
Quranın and içdiyi

“And olsun ataya və dünyaya gətirdiyi oğula.” - Bələd-3

 

İslaminSesi – Quranın izaha ehtiyacı olan mövzularından biri də and mövzusudur. Bu barədə təfsir alimlərinin müxtəlif baxışları vardır. Lakin ümui baxış budur ki, Quran and içərək, and içdiyi şeyin əhəmiyyətini önə çəkərir. Bununla həmin məsələyə xüsusi diqqət ayırır.

 

Quranın and mövzusundan biri də ata və oğuldur!

 

Ata və oğul münasibəti həm dinimizin bizə öyrətdiyi dəyər, həm də bəşər övladının yaradılışdan bəri daim diqqətdə saxlayaıb, önəm verdiyi məsələdir. Qurani Kərim “Bələd” surəsinin 3-cü ayəsində buyurur: “And olsun ataya və dünyaya gətirdiyi oğula.”

 

Ayənin izahı barədə “Hawzahnews.com” agentliyi bu barədə Seyyid Ayətullah Sistaninin dəftərxanasına sual ünvanlayıb:

 

Quranda “And olsun ataya və dünyaya gətirdiyi oğula” ayəsindən məqsəd nədir?

 

Cavab:

 

“Məcməul-bəyan” (Şeyx Təbərisi) təfsirində belə deyilir ki, ayədən məqsəd Adəm və övladlarıdır. Çünki onlar Adəmdən sonra möcüzəvi şəkildə dünyaya gəlir və dünyanı abad edirlər.

 

“Mizan-təfsirin”də ata və oğul barədə deyilir: Məqsəd İbrahim (ə) oğlu İsmaildir (ə). And feli ilə and içilənlər arasında əlaqə yaratdıqda və şəhərə (Məkkə) and içildiyinə görə bu şəhərin əsasını qoyanlar həzrət İbrahim və oğludur (ə). (Çünki Bəqərə surəsinin 127-ci ayəsində buyrulur: O zaman ki, İbrahimin və İsmailin evin-Kəbənin- təməlini ucaldırdılar).Surənin ilk ayəsində Məkkəyə and içilir, bu şəhərdə yaşayan peyğəmbərə (s) müraciət olunur və şəhərin əsasını qoyan İbrahim və İsmailə (ə) işarə olunur.

 

 Yaşar Nuriyev

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system