NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:19
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 371
Qurani Kərimdən bir gözəl dua nümunəsi – Təhrim 8

Qurani Kərimdən bir gözəl dua nümunəsi – Təhrim 8

Uca yaradana Onun buyurduğu kimi, Quranın dili ilə dua edək !

İslaminSesi.info- Qurani Kərim Rəbbimizin bizə bir lütfü, hədiyyəsi, rəhməti, hidayətidir. Bütün bunlar, hətta daha artığı Quranda mövcuddur

 

 

Qurani Kərim həm maarifləndirici, həm də ruha qida verən bir kitabdır. Bu ilahi kitabın maarifləndirmə xüsusiyyətlərindən biri də insana rəbbi ilə dua ədəbinin, dua mərifətinin öyrətməsidir. Bəli duanın əsas şərti dua mərifətinə sahib olmaqdır. İnsan dua ilə həm özünü, həm də rəbbini tanıyır. Çünki insan özünə və rəbbinə mərifət və agahlıq tapmadıqca qəlb və dil duaya gəlməz.

 

 

Quranın dua ədəbini öyrədən, insana rəbbini tanıdan, insana öz kiçikliyini və möhtaclığını etiraf etdirən ayələrdən biri də Təhrim surəsinin 8-ci ayəsidir. Ayədə mömin bəndənin dilindən belə buyrulur:

 

 

رَبَّنَا أَتْمِمْ لَنَا نُورَنَا وَاغْفِرْ لَنَا ۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

 

Rəbbənə ətmim lənə nurənə, vəğ-fir lənə. İnnəkə alə kulli şeyin qədir!

 

Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!

 

 

Ayə sanki möminlərin dilindən deyilmiş bir duadır. Allah Təala qiyamətdə, cənnətdə möminlərin belə deyəcəklərini, Allahdan nur və bağışlanma istətəcəklərini buyurur. Ayənin məzmununa əsasən Allah belə deyənləri və Peyğəmbərlə (s) birgə olanları xəcil etməyəcəyinə vədə verir.

 

 

Bu sanki möminlərə yol göstərmək mənasındadır. Yəni dünya və axirətdə nicat tapmağın yolu Peyğəmbərlə (s) birgə olmaq, onun (s) yolunda olmaq, Allahdan dua ilə tam nur və bağışlanma diləməklə bu yolda sabit qədəm və müvəffəq olmaqdır. Çünki nsanı zülmətdən aydınlığa çıxaracaq yeganə nur Allahın nurudur (rəhmətidir). 

 

Yaşar Nuriyev

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system