NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Qurani Kərimdən bir gözəl dua nümunəsi – Bəqərə (127)

Oxundu: 845
Qurani Kərimdən bir gözəl dua nümunəsi – Bəqərə (127)

Uca yaradana Onun buyurduğu kimi, Quranın dili ilə dua edək !

İslaminSesi.info- Qurani Kərim Rəbbimizin bizə bir lütfü, hədiyyəsi, rəhmətidir. Bütün bunlar, hətta daha artığı Quranda mövcuddur. Çünki İlahi Kitab insan həyatının bütün sahələrini əhatə edir. Ola bilsin indi bunun hamısını görə bilmirik. Amma zaman təcrübəsi bunun həqiqət olduğunu təsdiq edir.

 

Bu ilahi maarifdən biri də Quranın insana rəbbi ilə dua ədəbinin, dua mərifətinin öyrətməsidir. Bəli duanın əsas şərtindən biri də dua mərifətinə sahib olmaqdır. Çünki insan özünə və rəbbinə mərifət və agahlıq tapmadıqca qəlb və dil duaya gəlməz.

 

Quranın bizə öyrətdiyi gözəl dualardan biri də Bəqərə surəsinin 127- ci ayəsidir. Ayədə dua Hz.İbrahım və İsmailin (ə) dilindən zikr olunur. Ata və oğul (ə) Kəbə evini bərpa etdikdən sonra Allaha dua edib əməllərinin gözəl şəkildə qəbul olmasını istədilər:

 

“Onu da yadına sal ki, İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaltdıqları zaman: "Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et, Sən, doğrudan da, (hər şeyi) eşidənsən, bilənsən! – deyə dua etdilər.”

 

Ayənin dua olan hissəsi:

 

رَبَّنَا تَقَبَّلْ مِنَّا ۖ إِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ

 

Rəbbənə təqəbbəl minnə! İnnəkə əntəs- Səmiul-Əlim 

 

“Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et, Sən, doğrudan da, (hər şeyi) eşidənsən, bilənsən!”

 

Bu gözəl zikri hər hansı bir xeyirli işdən, yaxud hər hansı bir ibadətdən sonra oxumaq daha uyğundur. Bu dua ilə xeyr əməllərimizin Allah tərəfindən yüksək dərəcədə qəbul olmasını diləyək. Amin!

 

Yaşar Nuriyev

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system