ARAŞDIRMA

Oxundu: 125
Qüds düyünü və Yaxın Şərq üçün Tramp gedişi

Qüds düyünü və Yaxın Şərq üçün Tramp gedişi

Ağ ev bu gün Qüdsü İsrailin paytaxtı kimi tanıyacağını açıqladı. Bu qərar Türkiyədə başda olmaqla bir çox ölkələrin sərt reaksiyasına səbəb olub. Dünyanın ən qədim şəhərlərindən biri hesab olunan Qüds hazırda dünyanın ən problemli şəhərlərindən biri hesab olunur. İsrail bu şəhərin şərqini işğal etdi və 1980-ci ildə şəhəri bütünlüklə paytaxt elan etdi. Ancaq Qüdsü bu zamana qədər heç bir ölkə paytaxt kimi tanımayıb. Bu mənada Tramp bu addımı ilk atan şəxsdir.

İslaminSesi bildirir ki, ərəblər də Qüdsü gələcəkdə qurulacaq Fələstin dövlətinin paytaxtı kimi görürlər. Oslo anlaşmasında Qüdsün statusu daha sonrakı zamanlara buraxılmışdı. 3 səmavi din üçün bu şəhərin müqəddəsliyi buranı daim mübahisə yerinə çevirmişdir. Ərəbcə Əl Qüds, ivritcə Yeruşalayim adlanan Qüds dünyanın ən qədim şəhərlərindən biridir. Tarix boyunca Qüds dəfələrlə müharibə meydanlarına çevrilib, dağıdılıb və bərpa edilib. Osmanlı imperatorluğu 1517-ci ildən 1917-ci ilə kimi Qüdsü əlində saxladı. 3 səmavi din üçün əhəmiyyətli olan yerlər əsasən şərqi Qüdsdə yerləşir. Qüdsün içində min illik tarixə malik köhnə şəhəri 4 məhəllə formalaşdırır. Bunlar müsəlman, yəhudi, xristian və erməni məhəllələridir. Köhnə şəhərin ətrafı qalın divarlarla əhatələnib.

KUDUS

Müsəlmanlar üçün ən müqəddəs yerlərdən biri hesab olunan Məscüdül Əksa  və Qübbətüs Səhra da şərqi Qüdsdə yerləşir. Məhəmməd peyğəmbərin(s) buradan meraca getdiyi məlumdur.

Kutsal Kabir Kilisesi'

Xristianlar üçün isə bura Müqəddəs Qəbir kilsəsində İsa peyğəmbərin çarmıxa çəkildiyi və qəbirə qoyulduğu inancı var.

AGLAMA DUVARI

Yəhudilər üçün isə Ağlama divarı müqəddəs bir yerdir.

 

Qüdsün statusu hazırda İsrail-Fələstin problemində ən düyün nöqtələrindən biridir. İsrail 1980-ci ildə buranı paytaxt edəndən sonra orada yaşayan ərəblərə də vətəndaşlıq verdi. İsrail rejiminə aid hökumət binaları hamısı Qüdsdə yerləşir. Türkiyənin də səfirliyi Təl-Əvivdə yerləşir, amma bu ölkə Qüdsdə konsulluğu olan azsaylı dövlətdən biridir. Bu baş konsulluqda Türkiyə böyük elçilik səviyyəsində təmsil olunur. İsraili şərqi Qüdsü işğal etdikdən sonra şəhərdə yəhudilərin sayı artdı. 1967-ci ildən bəri bu şəhərdə İsrail rejimi burada ən azı 10 məskən saldı. Bu məskənlərdə 200 min yəhudi yerləşdirdi. Hazırda Qüdsdə 850 min əhali yaşayır ki, onun da 37% -ni ərəblər, 61% yəhudilər təşkil edir. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system