NAMAZ VAXTLARI:
  • FƏCR 06:31
  • GÜN 07:58
  • ZÖHR 12:37
  • ŞAM 17:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Qubada tonlarla məhsul yeşiklərdə qalıb

Oxundu: 184
Qubada tonlarla məhsul yeşiklərdə qalıb

Bu il Qubadakı alma bağlarında təxminən 275 min tona yaxın məhsul toplanıb.

"İslaminSesi.info"  “Xəzər” TV-yə istinadən məlumatına görə, almanın yerli bazarda satışı çox aşağıdır.

 

Hazırkı vəziyyətdə məhsulu xarici bazara çıxarmaq sahibkarlara sərf etmir. Tonlarla məhsul yeşiklərdə qalıb. Məhsul bol olsa da, alıcı qıtlığı yaşanır. 

 

Bağbanlar deyirlər ki, bu il Rusiya bazarına məhsul çıxarmaq qiymət cəhətdən sərfəli deyil. Yerli bazarda isə məhsulu heç 35 qəpiyə də satmaq olmur.

 

Rayonlarda 35-60 qəpiyə satılan almaları Bakı bazarlarında tapmaq çətin məsələdir. Bazarda satıcılar deyir ki, həmin alma satış üçün əlverişli deyil. Qiyməti ucuz olsa da, alıcılıq qabiliyyəti yoxdur.

 

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar cəmiyyətinin nümayəndəsi, ekspert Nicat Nəsirli bildirir ki, bu, bağbanların hər il rastlaşdığı problemdir. Alma çox olduğundan məhsulu saxlamağa anbarlarda yer yoxdur.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system