Qubada "Alma bayramı" keçirilir - FOTOLAR

Oxundu: 80
Qubada

Bu gün Qubada “VI Alma bayramı” keçirilib.

 

İslaminSesi Modern.az - a istinadən xəbər verir ki, 2012-ci ildən keçirilən “Alma bayramı”nın rayonda ekoloji cəhətdən sağlam yetişdirilən müxtəlif alma sortlarının, digər meyvə-tərəvəz məhsullarının nümayişi ilə yanaşı, Quba rayonunun tarixinin və mədəniyyətinin təbliği, burada yaşayan azsaylı xalqların mədəniyyətlərinin geniş təbliğ olunması nəzərdə tutulub.

 

Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, Qubanın simvolu almadır:

 

"MDB məkanında Almanın vətəni Quba qəbul olunur. Hər il 120 min tona yaxın alma istehsal olunur. Quba alması həm yerli bazarlarda, həm də ölkə xaricində satılır. Azərbaycanın hər yerində olduğu kimi Qubada da kənd təsərrüfatı ilə bağlı çox işlər həyata keçirilib”.

 

Daha sonra tədbir iştirakçıları stendlərə baxış keçirib.

 

"Alma bayramı”ndan fotoları təqdim edirik:

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system