NAMAZ VAXTLARI:
  • FƏCR 05:26
  • GÜN 06:47
  • ZÖHR 12:49
  • ŞAM 19:08
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Qubada ağır yol qəzası olub, xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

Oxundu: 229
 Qubada ağır yol qəzası olub, xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.

 

 

"İslaminSesi.info" report-a istinadən xəbər verir ki, rayonun Ələmmədoba kənd sakini Nemət İsayevin idarə etdiyi "VAZ-21012" markalı avtomobildə oloa sərnişinlər, bacı-qardaş Əfsanə və Rüstəm İsayevlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.  

 

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

 

Faktla bağlı araşdırma aparılır.

 

***

 

 

"İslaminSesi.info"  report-a istinadən xəbər verir ki, hadisə rayonun Hacıqayıb kəndinin ərazisində baş verib.

 

Belə ki, rayonun Ərməkiqışlaq kənd sakini, Ceyhun Nadirovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə, rayonun Ələmmədoba kənd sakini, Nemət İsayevin idarə etdiyi "VAZ-21012" markalı avtomobil toqquşub.

 

Nəticədə C.Nadirov hadisə zamanı özündən gedərək huşunu itirib. Digər avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər xəsarətlər alıb. Yaralılar Quba Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

 

Qeyd edək ki, yaralılar bir ailənin üzvləridir.

 

Faktla bağlı araşdırma aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system