NAMAZ VAXTLARI:
  • FƏCR 06:29
  • GÜN 07:56
  • ZÖHR 12:36
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Qruplaşmaların atdığı mərmilər fotbol matçının canlı yayımında stadiona düşüb

Oxundu: 363
Qruplaşmaların atdığı mərmilər fotbol matçının canlı yayımında stadiona düşüb

Şərqi-Qutadan radikal qruplaşmaların atdığı mərmilərdən biri Dəməşqdə futbol klubları arasında matç zamanı stadiona düşüb.

İslaminSesi.info Suriyanın əl-İxbariyyə telekanalına istinadla xəbər verir ki, mərmi stadiona düşən zaman futbol matçı canlı yayımda imiş. Xoşbəxtçilikdən mərmi düşən ərazidə insan olmadığından ölən olmayıb.

 

Qeyd edək ki, ötən gün Şərqi-Qutadakı qruplaşmalar paytaxt Dəməşqə 70-dən çox mərmi və top atıblar. Bunun nəticəsində bir nəfər həlak olub və 60 nəfər yaralanıb.

 

Əhalinin əmlakına ciddi ziyanlar dəyib.

 

Suriya Ordusu Şərq-Quta bölgəsində yerləşən “ən-Nusra Cəbhəsi”, “Ceyşul-İslam”, “Əhraruş-Şam” və “Filəqur-Rahman” radikal qruplaşmalarına qarşı əməliyyata başlamaq istəyir.

 

Ötən gün BMT Təhlükəsizlik Şurasında qruplaşmaların olduğu Şərqi-Quta ilə Suriya Ordusu arasında 30 günlük atəşkəslə bağlı qətnamə qəbul etmək mümkün olmayıb və mövzunun müzakirəsi təxirə düşüb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system