NAMAZ VAXTLARI:
  • FƏCR 06:08
  • GÜN 07:33
  • ZÖHR 12:26
  • ŞAM 17:38
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ARAŞDIRMA

Oxundu: 128
Qripdən qorunmağın 10 üsulu - Mütəxəssisdən məsləhətlər

Qripdən qorunmağın 10 üsulu - Mütəxəssisdən məsləhətlər

Havalar soyuduqca qrip virusunun yayılma və ona yoluxma ehtimalı da yüksəlir. Qeyd edək ki, yaşı 65 -dən yuxarı olanlar, ağciyər, şəkər, böyrək, ürək xəstəliyi olanlar xüsusilə ehtiyatlı olmalıdırlar.

İslaminSesi Haber7-ə istinadən sizə Dr. Fevzi ÖzKönülün məsləhət bildiyi bu 10 üsulu təqdim edir.

 

1. Ən təsirli yol peyvənd olunmaqdır. Xüsusilə yuxarıda adı çəkilən risk qrupuna aid olanlar bunu etsələr yaxşı olar. 

2. Peyvəndin edilməsi təkcə qripin qarşısını almır, həm də qripin ardınca gələ biləcək ağciyə iltihabı və ya bronxit kimi xəstəliklərin də qarşısını alır. 

3. Ən yaxşı üsullardan biri sağlam qidalanmaqdır. Sağlam qidalanma dedikdə insanın ağlına o an meyvə və tərəvəz gəlir. Amma yadda saxlayın ki, soyuq aylarda protein qəbul etmək də əsas şərtlərdəndir. 

4. C vitamini ilə zəngin, xüsusilə dəmiri bol olan qidalar qəbul olunmalıdır. Limon, zeytun yağı və portagal C vitamininə, ispanaq, quzu və ya dana əti, lobya, toyuq əti dəmirə əla nümunədir. 

5. Qrip ən çox tənəffüs etdiyimiz havadan keçər. Ona görə qələbəlik və oksigeni az olan mühitlərdən aralı olmalıyıq. 

6. Qripin ən çox yoluxduğu yer əllərimizdir. Ona görə mütləq əllərimizin gigiyenasına diqqət yetirməliyik. 

grip elleri yıkamak

 

7. Yalnız əllərimiz deyil, istifadə etdiyimiz əşyalarla da ehtiyatlı olmalıyıq. Ofisdə istifadə etdiyimiz qələm, evdə çay içdiyimiz fincan özümüzə məxsus fərdi olmalıdır. 

8. Yolda qarşılaşdığımız insanlar ən yaxınımız olsa belə onunla öpüşməməyə üstünlük verməliyik. Çünki nə qarşı tərəf bilmir ki, siz xəstəsiniz, ya da siz elə məlumatlı deyilsiniz. 

9. Başqalarının sağlamlığına görə mütləq qrip olan zaman salfet istifadə edibn və istifadədən sonra onu zibil qabına atın. 

10. Qış aylarında geyimimiz də bizim müqavimətimizi azaldır. Ona görə isti mühitlərdə üst qalın  paltarı soyunun və bayılra çıxanda geyinin. Bu da tərləməyiniz qarşısını alar. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system