NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Qiymətlərin artımı və ikirəqəmli inflyasiyaya qayıdış qaçılmazdır” – Qubad İbadoğlu

Oxundu: 689
“Qiymətlərin artımı və ikirəqəmli inflyasiyaya qayıdış qaçılmazdır” – Qubad İbadoğlu

“Cari ilin oktyabrından gələn ilin mayınadək iqtisadiyyatın qara günləri başlayacaq”

 

Xəbər verildiyi kimi, prezident İlham Əliyevin imzaladığı 17 sərəncamla minimum əmək haqqı, həmçinin bir sıra dövlət qurumlarında çalışan şəxslərin əmək haqqında artım olub. Belə ki, sərəncama əsasən sentyabrın 1-dən etibarən Azərbaycanda minimum aylıq əmək haqqı 180 manatdan 250 manata qaldırılıb.

 

Bəs minimum əmək haqqında, həmçinin bir sıra dövlət qurumlarında çalışan şəxslərin əmək haqqında kəskin artımların edilməsi enerji daşıyıcılarının bahalaşmasına və nəticədə inflyasiyanın da kəskin artımına gətirib çıxara bilərmi? Bu halda inflyasıyanın qarşısını almaq mümkündürmü və bunun üçün hansı addımlar atılmalıdır?

 

Məsələ ilə bağlı "İslamınSesi"-nə fikirlərini açıqlayan tanınmış iqtisadçı ekspert Qubad İbadoğlu xatırlatdı ki, ötən il hazırlanan və təsdiq olunan bu ilin büdcəsində əməyin ödənişi və digər sosial ödənişlər üzrə xərclərə əlavə olaraq 620 milyon manat vəsait  nəzərdə tutulmuşdu. Ümumilikdə isə bu məqsədlə ötən il 6 milyard manat vəsait xərclənmişdi. Minimum əmək haqqının ilk dəfə artımı üçün 335 milyon manat, digər sosial müavinətlərin artımına isə birlikdə 600 milyon manat vəsait tələb olunurdu: “Bu o deməkdir ki, büdcədə əvvəlcədən planlaşdırılan 620 milyon manatlıq vəsait əvvəlki fərmandan irəli gələn arımları örtə bilər. Bunununla yanaşı, kredit borclarının  geri silinməsinin maliyyə tutumu 2,2 milyard manatdır. Bu vəsait də büdcədə nəzərdə tutulmayıb. Nəhayət, sonuncu fərman cari ilin büdcəsindən yalnız minimum əmək haqqının artımına və təhsil işçilərinin maaşlarının qaldırılmasına 1 miyard 20 milyon manat vəsait ayrılacaq. Bütövlükdə isə son fərmanın maliyyə yükü 1,5 mlrd. manatdan az deyil. Göründüyü kimi, büdcədə nəzərdə tutulanla müqayisədə ən azı 5 dəfə artıq vəsaitin xərclənməsi gözlənilir".

 

Ekspertin sözlərinə görə, bu təbii ki, ilk növbədə fərdi kontekstdə alıcılıq qabiliyyətinin, ümumi müstəvudə isə məcmu tələbin artımına gətirib çıxaracaq: "Məlum məsələdir  ki, bu artımdan ilk növbədə  istehsalçılar və idxalatçılar bəhrələnmək üçün qiymətləri həvəslə artıracaqlar. Nəzərə alsaq ki, ölkədə bazar iqtisadiyyatı təşəkkül tapmayıb, qiymətlərin əksəriyyətini bazarda hökmran mövqeyə malik olan inhisarçılar diktə edir, tariflər isə dövlət və şirkətlərin korporotiv marağı ilə durmadan artırılır. Odur ki, qiymətlərin artımı, ikirəqəmli inflyasiyaya qayıdış qaçılmazdır.”

 

Devalvasiyaya gəlincə, Q.İbadoğlunun qənaətinə görə, bu sahədə də risklər artacaq və onun idarə edilməsi çətinləşəcək: “Çünki bir tərəfdən istehlak məhsullarına artan tələbat əsasən idxal malları hesabına ödəniləcək, bu isə ölkədə valyutaya tələbatı çoxaldacaq. Digər tərəfdən də dünya bazarında xam nefin qiymətinin ucuzlaşması ölkəyə ixracatdan gələn valyutanın həcmini azalda bilər. Beləliklə də iqtisadiyyatın və istehlakçıların taleyi dünya bazarında neftin qiymətindən və ant-inflyasiya istiqamətində hökümətin görə biləcəyi tədbirlərdən asılı olacaq. Hazırkı hökümət nə birinciyə, nə də ikinciyə təsir etmək gücündə deyil. Çünki ölkədə kəskin monopollaşma və siyasi korrupsiya ant-inflyasiya istiqamətində tədbirlərin təsir gücünü azaldır. Beləliklə də cari ilin oktyabrından gələn ilin mayınadək iqtisadiyyatın qara günləri başlayacaq".

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system