NAMAZ VAXTLARI:
  • FƏCR 05:09
  • GÜN 06:29
  • ZÖHR 12:33
  • ŞAM 18:52
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 443
Qida məhsullarının sahələrinə görə standartlar tətbiq ediləcək

Qida məhsullarının sahələrinə görə standartlar tətbiq ediləcək

“Qida Təhlükəsizliyi Agentliyinin funksiyası müəssisələrin yoxlanılaraq cəzalandırılması deyil”.

"İslaminSesi.info"  xəbər verir ki, bu sözləri Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Beynəlxalq Mətbuat Mərkəzində bu gün keçirilən “Media və təhlükəsiz qida” mövzusundakı baş tutan görüşdə Agentliyin fəaliyyəti haqqında danışarkən deyib. 

 

Bildirib ki, bəzən mətbu orqanlarda Agentliklə bağlı olaraq təftiş və yoxlamalar mövzusunda yalnış məlumatlar yayılır:

 

"Bildiyimiz kimi Qida Təhlükəsizliyi Agentliyi 2018-ci il yanvar ayının 1-dən etibarən fəaliyyətə başlayıb. 3 ay fəaliyyət göstərməyimizə baxmayaraq bir çox işlər görmüşük. Lakin bizim fəaliyyətimizlə bağlı cəmiyyət arasında yalnış məlumatlar formalaşmağa başlayıb. Öncə onu deyim ki, Agentliyin funksiyası müəssisələrin yoxlanılaraq cəzalandırılması deyil. Məqsədimiz həmin müəssisələrin standartlara cavab verəcək şəkildə fəaliyyət göstərmələridir.

 

Qoşqar Təhməzli Agentliyin digər işinin bəzi qida məhsulları üzrə risk qiymətləndirilməsini həyata keçirmək olduğunu da vurğulayıb: 

 

"Biz riskin idarə edilməsini tənzimləyəcəyik. Misal olaraq, son zamanlar mətbuatda un və un məhsulları ilə əlaqədar bəzi yalnış fikirlər səsləndirilir. Deyə bilərəm ki, çörək yüksək riskə daxil olan qida məhsulları deyil. Ona görə də qalmaqal yaratmağa əsas yoxdur. Bu sahədə istənilən şəxslə debata girə bilərəm. Yayılan hər bir yalnış məlumat insanların təşvişinə səbəb olur. Bununla bağlı da müəyyən tədbirlər görəcəyik".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system