NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:43
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 270
Qəzaya uğramış Аn-148 təyyarəsinin qara qutusu deşifrələnib - Pilotlar qəzaya qədər dalaşırdılar

Qəzaya uğramış Аn-148 təyyarəsinin qara qutusu deşifrələnib - Pilotlar qəzaya qədər dalaşırdılar

Rusiyada fevralın 11-də "Domodedovo" hava limanından havalandıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında 71 nəfərin ölümü ilə nəticələnmiş An-148 təyyarəsinin qəzaya uğraması işi davam etdirilir. Artıq təyyarənin göyərtəsindəki sələrin qeydiyyatçısı tamamilə deşifrələnib.

 

İslaminSesi.info xəbər verir ki, Rusiyanın "Kommersant" qəzeti qəzadan öncə təyyarənin qara qutusunun qeydə aldığı hadisələri yayımlayıb. "Əvvəldə, pilotlar Domodedovo hava limanında uçmamışdan öncən nəzarət xəritəsini oxuyur, müxtəlif cihaz və mexanizmlərin işini yoxlayır və ya onları işə salıbrlar. Bu zaman onlar nəyə görəsə sürət sensorunu hesablamamağa imkan verən Tam Təzyiq Qəbuledicilərinin (atmosfer təzyiqini ölçən cihaz) qızdırılmasını işə salmırlar, halbuki bu edilməlilər xəritəsində (qaydalarda) yazılıb. Havaya qalxdıqdan az sonra pilotlar diqqət yetirirlər ki, sürət göstəriciləri cihazlarda olduqca (kritik həddə) aşağıdır və bir birindən fərqlənir. Bu zaman onlar sürəti artıraraq və təyyarəni yerə doğru əyərək  höcətləşə-höcətləşə bu problemi həll etməyə çalışırlar. Toqquşma isə artıq pilotların qarışıq səsləri altında baş verir", - deyə qəzetin müxbiri bildirib.

 

 

 

Dövlətlərarası Aviasiya Komitəsi təyyarənin deşifrəsi barədə bildiblər ki, Tam Təzyiq Qəbuledicilərinin işə salınmaması təyyarənin göyərtəsində quraşdırılan hər üç qəbuledicinin buzlaşmasına və müvafiq olaraq pilotların sensoruna ötürülən parametrlərin dəyişdirilməsinə səbəb ola bilərdi.

 

Ekspertlər müəyyənləşdirib ki, pilotlardan birinin sürət indikatoru təyyarə təxminən 2 min metr yüksəklikdən olanda bu vəziyyət üçün yolverilməz dərəcədə aşağı hesab edilən 200 km/s sürət göstərirdi, digər pilotda isə sürət indikatoru ümumiyyətlə sıfır həddində qalmışdı. Bu zaman təyyarənin real sürəti 600 km/s qədər olub. Ona görə də onlar onlara aşağı gələn (çatışmayan) sürət həddini artırmaq üçün hündürlüyü kəskin şəkildə azaltmağa qərar verib ki, nəticədə təyyarə yerə çırpılıb.

 

Xatırladaq ki, qəza nəticəsində bir azərbaycanlı da olmaqla ümumilikdə 71 nəfər həlak olub.

Image result for Ан-148

Image result for Ан-148

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system