NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:19
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 191
Qəza törədib qaçan 2 sürücü yaxalanıb

Qəza törədib qaçan 2 sürücü yaxalanıb

Hadisə yerindən qaçan sürücülər saxlanılıb.

"İslaminSesi.info" bildirir ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 14-də Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Qənbər Mirzəyev vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

 

Dərhal əməliyyat tədbirlərinə başlanılıb, DİN-in və Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər xidmətlərinin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsinin “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin avtomobilin sürücüsü, paytaxt sakini Araz Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

 

Yanvarın 8-də isə Sabunçu rayonunun Bilgəh qəsəbəsində Lerik rayon sakini Xəyal Ağayev yolu keçərkən müəyyən edilməyən avtomobillə vurulub və xəsarətlə xəstəxanaya yerləşdirilib. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini Mirağa Mirallamov saxlanılaraq istintaqa təhvil verilib.

 

Hər iki faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırma aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system