NAMAZ VAXTLARI:
  • FƏCR 05:25
  • GÜN 06:45
  • ZÖHR 12:48
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Qeyri-hökumət təşkilatlarının nəzərinə!

Oxundu: 304
Qeyri-hökumət təşkilatlarının nəzərinə!

Azərbaycan Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib.

 

“İslaminSesi” nazirliyə istinadən məlumat verir ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən, qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

 

“Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilib.

 

Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:

- Maliyyə vəziyyəti haqqında;
- Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat;
- Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.

 

Eyni zamanda, maliyyə fəaliyyətinin olmaması barədə ayrıca arayış forması təsdiq edilib və QHT-nin maliyyə fəaliyyəti olmadığı təqdirdə, yalnız həmin forma doldurularaq Maliyyə Nazirliyinə təqdim edilməlidir.

 

Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatlarının elektron şəkildə alınması məqsədilə Qeyri-hökumət təşkilatların elektron hesabatlılıq Proqramı hazırlanıb. www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron hesabatı təqdim etmək olar.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system