NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Qətərlə digər körfəz ərəb ölkələri arasında yeni qarşıdurma başlayıb

Oxundu: 360
Qətərlə digər körfəz ərəb ölkələri arasında yeni qarşıdurma başlayıb

Birləşmiş Ərəb Əmirliyinin hərbi təyyarələrinin ötən həftə Qətər hava məkanına girməsindən sonra Qətər də oxşar addımlar atmağa başlayıb.

İslaminSesi.info əl-Ərəbiyyə telekanalına istinadla xəbər verir ki, Qətərin hərbi təyyarələri BƏƏ-dən Bəhreyn paytaxtı Mənaməyə uçan mülki təyyarəni yolunu dəyişməyə məcbur edib.

 

Səudiyyə Ərəbistanı və Bəhreyn hökuməti Qətər hərbi təyyarələrinin mülki təyyarənin yolunu kəsməsini kəskin pisləyib.

 

Qətər bu məlumatı təkzib edib.

 

Ötən həftə rəsmi Doha elan edib ki, Birləşmiş Ərəb Əmirliyinin hərbi təyyarələrinin Qətər hava məkanına daxil olub.

 

Səudiyyə Ərəbistanı və koalisiyası ötən ilin aprelindən başlayaraq Qətərə qarşı bir sıra siyasi və iqtisadi sanksiyalar tətbiq etməyə başlayıblar.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system