NAMAZ VAXTLARI:
  • FƏCR 06:29
  • GÜN 07:56
  • ZÖHR 12:36
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Qətərdən Səudiyyə Ərəbistanına təsirli zərbə

Oxundu: 803
Qətərdən Səudiyyə Ərəbistanına təsirli zərbə

Tofiq Abbasov: “Artıq ilk dəfə deyil ki, neft geosiyasi oyunun əsas valyutası rolunu oynayaraq ölkələrin gözləntilərini sarsıdır”

 

Son aylar neftin qiymətində baş verən kəskin dəyişmələr ekspertləri ilin sonu üçün verdikləri proqnozlarda korrektələr aparmağa məcbur edib. Dekabrın əvvəlində OPEK (Neft İxrac Edən Ölkələr Birliyi) növbəti toplantısını keçirib, hasilatın azalmasına qərar verməyi planlaşdırıb. Lakin ekspertlərə görə bu qərarın verilməsi o qədər də asan olmayacaq. Bu ilin sonunda Rusiya daha 3 neft yatağında hasılata başlayır, ABŞ-da hasilatın məhsuldarlığı artır, eləcə də İrana olan yumşaq sanksiya neft ixracatına və hasilatına ciddi problemlər yaratmır. Gələn ildən Venesuela da hasilatı 2 dəfəyədək artırmağı planlaşdırır. 

 

Göründüyü kimi, bütün bu proseslər neftin daha da ucuzlaşacağına dair proqnoz verməyə ciddi əsaslar yaradır. OPEK üzvü olan Qətərin bu təşkilatdan ayrılmaq barədə verdiyi qərar isə neft bazarında çaşqınlığı bir az da artırıb. Belə ki, Qətərin energetika naziri Saed bin Şnida əl-Kabi ölkəsinin yanvar ayının 1-dən OPEK-dən çıxmağa hazırlaşdığını elan edib. Onun sözlərinə görə, təşkilatdan çıxmasına baxmayaraq, bütün digər qeyri-OPEK neft hasilatçıları kimi Qətər də öz öhdəliklərinə riayət edəcək.


Bəs görəsən Qətərin OPEK-dən çıxması neftin qiymətlərinə hansı təsirləri göstərə bilər? Ümumiyyətlə OPEK-dən uzaqlaşma tendensiyası davam edərsə dünyada hansı proseslərin baş verəcəyini proqnozlaşdırmaq olar?


"İslamınsəsi" saytının suallarına aydınlıq gətirən politoloq Tofiq Abbasovun sözlərinə görə, Qətərin bu addımı neftin qiymətlərinə mütləq təsir göstərəcək və artıq göstərməyə də başlayıb:"Bu arada Qətər bildirdi ki, onun üçün qaz bazarı daha böyük əhəmiyyət kəsb edir. Buna görə də Qətər özünün neft ehtiyatlarının artıq kövrək olduğuna görə diqqətini mavi yanacağa göstərir. Lakin bu məsələdə rəsmi Doha həm də özünün manevr imkanlarını diqqətə çatdırdı. Başqa sözlə desək, Ər-Riyadla çəkişmədə olan Qətər Səudiyyə Ərəbistanı ilə münasibətlərinə korrektə edir. Daha düzünü deməli olsaq, böyük və nüfuzlu qonşusuna təsirli zərbə endirir. Çünki son günlərdə Rusiya ilə Səudiyyə Ərəbistanı razılığa gəlməklə neftin qiymətlərinin sabitliyini istehsal həcminin azaldılması ilə təmin etdilər. Amma indi Qətərin gözlənilməz gedişi yenə qiymətləri endirdi. Artıq ilk dəfə deyil ki, neft geosiyasi oyunun əsas valyutası rolunu oynayaraq ölkələrin gözləntilərini sarsıdır. Bu cərəyan hələ uzun müddət öz təsirini saxlayacaq".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system